Blog


kingleon
30, Yasamal, Azerbejdžan

Dözülmək ağrı kimidi insan izdihamı

Xiyabanlara köçən dahilər indi hanı
Ölü evdən səhnələr,iblisin intiqamı
Xarabadan qeydlər və Mən xəbərsizəm

Nə qədər düzünü yazsanda tarixə alınmır
Buralarda güllələnmə təxirə salınmır
Qalın tarix kitablarındada iyrənirəm
Onlar bizi iynələyirlər ,Mən xəbərsizəm

Hər inqilabdan sonra adı dəyişən parkam mən
Ortada qalan mən ,azalan,artan mən
Tarixə düşmüşəm,sən coğrafi əzariyə
Daş qoydun tərəziyə ,Mən xəbərsizəm

Düşüncə ölüb,pis günə düşüncə ölüb
Bədənlər gördümki mən illər öncə ölüb
Ruhlarını görə bilmədim amma məncə ölüb
Bilmirəm səncə ölüb çünki ,Mən xəbərsizəm

Üzümü çevirim sizə,yağdırın tərifləri
Ədəbiyyatda biz bu dövrün ədibləri
Sarkazma düzmüşəm burda hərifləri
Bilmirəm nədi tələbləri ,Mən xəbərsizəm

Öldürə bilər məni…


kingleon
30, Yasamal, Azerbejdžan


Bu qapıdan yollar gedir, ay millət,
Süd arxından qollar gedir, ay millət.
Zər daşınır, pullar gedir, ay millət,
Kimdi səni bu qapıdan buraxan?

Bu bazarda nə işi var lütlərin,
Yeri deyil "maymaqların, kütlərin".
Qulluğunda durammasan bütlərin,
Kimdi səni bu qapıdan buraxan?

Ağlar gəlib, ağlar qalıb gedən var,
Dağəridən, daşüyüdən bədən var.
Cangüdənin özünü də güdən var,
Kimdi səni bu qapıdan buraxan?

Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var.
Qorxusundan ömrü boyu susan var.
Kimdi səni bu qapıdan buraxan?

Silahı var, polisi var, postu var,
Rüşvət adlı bir canciyər dostu var.
Bu qapının bu millətlə qəsdi var
Kimdi səni bu qapıdan buraxan?

Get özünə ayrı iş tap, ay millət,
Ayrı dil tap, ayrı diş tap, ay millət.
Xaçpərəst…


kingleon
30, Yasamal, Azerbejdžan

Başlıqsız sətirlər

Qandal vurulmuş qələmlə söz yazan əsirlər,
Başlıqsız sətirlər.
Bu həriflərin sonunda sözü var qələmin.
Sirri açılmaz aləmin
Parçalanmış qəlbimin, qanla dolmuş ürəyimin
Dözülməz ağır zərbələrə dözən kürəyimin
Xəstə ruhumun, körpəlikdə itirdiyim qorxumun
Bəzən şeytan bəzən də mələk olan duyğumun
Hamısının sözü var, iti bərk qələm cızırdı
Qorxum yox, canavarlarım ölümə hazırdı
Qələm yazırdı, olmayan pak məhəbbətdən
Qələm yazırdı heç vaxt olunmayan mərhəmətdən
Qələm yazırdı qarğışdan, yox rəhmətdən
Qələm yazırdı yaltaqlıqdan, yox hörmətdən
Bu sizin qələminizdi yazdığı neçə illər
Və asrlər nə qədər dolur fəsillər,
Siz şairlər çoxunuz gizlətdiz həqiqəti
Yazmadınız əsl faciələri, əsl fəlakəti
Siz yazmadınız həyatın qara görünən tərəflərini
Siz yazmadınız tələblərini onun hədəflərini
Rəhbərlərin səhvlərini, gizlətdiz ürfanlarda
Yazmadınız açıq aşkar bəlkədə fərq zamanlarda
Siz yazmadız şouya…


20.12.2016
kingleon
30, Yasamal, Azerbejdžan

Lay-lay Azərbaycan lay-lay

Ayılma yuxudan lay-lay
Mirzə, Cəlil çox çalışdı
Cavid, Müşviq lap alışdı
Cəfərimə vaxt çatmadı
Sabir səni oyatmamdı

Əsrlərlə yatan sənsən
Yata yata batan sənsən
Düşmənlərin içindədir
Biri gəlir biri gedir

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Üzeyirin torpağını
Ələsgərin gül bağını
Göz şirəsi axa axa
Qan gölüylə suvardılar

Rəhbərlərin oğlu yoxdu
Məzlumların oğlu çoxdu
Qoy qırılsın qara millət
Ola bilməz başqa söhbət

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Yardımların, bazardadı
Millət kasıb azardadı
Yaralılar bilməlidir
Pulu yoxsa ölməlidir

Bəziləri zor ad aldı
Sabun yaman tez azaldı
Milli məclis dramadı
Biletləri çox bahadı

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Gütdi əldən Şuşa, Laçın
Qapıları tay-tay açın
Xankəndidən yoxdur xəbər
Qubadlıdan qalmıyıb əsər

Kəlbəcərin qızıl dağı
İsti suyu hər bulağı
Yağılara oldu qismət
Satan alan görür ləzzət

Lay-lay Azərbaycan lay-lay
Ayılma yuxudan lay-lay

Xocalını unutdular
Zəngilana şər atdılar
Millət…


kingleon
30, Yasamal, Azerbejdžan

Kiminsə birdir həyata gəlişiylə alışı,

Kimdəsə çoxdur yaxşı, kimdəsə yoxdur yaxşı,
Kimə qurmaq, kimisinə də soxasoxdur yaxşı
Hərənin öz baxışı, hərənin öz naxışı.
Bir də vaxt var idi, yaxşı vaxtlar idi.
Yolumuz işıqlı, ətrafımız dostlar idi.
Enerji çox, sual çox, işimiz aşkar idi.
Elə fikirləri formalaşdıran insanlar idi.
Bizə dövrümüz deyildi qeyri-adi,
Adi gəlirdi bizə əhvalatı, hərəyə bir qaraltı.
Hərənin öz saatı, çatırdı imkanatı.
Kiçik bir dövlətin insanlarının böyük həyatı.
Böyükdü sualları, böyükdü duaları.
Kiçikdi böyük dövlətlərlə dostluq xəyalları.
Ölüb gedir ərlər, yüz il eyni xəbərlər, fərqli ifa eyni əsərlər...
Əslində kiminsə yüz il əvvəl yazdığı sətri, deyirik bu gün fərqli.
Budur bizim dövr. Bilinmir hələ tarixdə necə edəcək izim dövr.
Bəlkə sadəcə bir flashcard-ıq biz xəbər…


kingleon
30, Yasamal, Azerbejdžan

Yolun qırağı ilə gedir qaqaş

Əlində diplomat
İti addımlar avtomat
Gözündə linza eynək
Qara nöqtə köynək
Hamıya örnək
Ütülü, bir az qısa şalvar
Babasından yadigar saat
Xalasından hədiyyə ətir
Hərəkətlər narahat
Səliqəli bağlanmış qalstuk
İstidən beyin stuk
Mammini snoçik
Üz gözü totuk motuk
Baklar qulağının dibində
Kantofka təmiz
Saçlar daranıb sığallanıb
Bığları biz biz
Səssiz səmirsiz instuta gedir
Qorxur gecikər
Məllim hirslənər onu döyər
Evlərinə zəng edər
Yolu keçir piyada keçidinnən
Qırmızı işığı gözdüyür
Qızlara baxmır əksinə
Qızlar onu izliyir
Tələbə yoldaşları
Bizim intellegentdən şübhələnir
Bəlkə oda nəsə
Gecə bulvarda şellənir
Qızlar ona gülür
Tuturlar tez tez prikola
Amma o alicənabdır
Özünü qoymur axırıncı yola
Müraciət edir sizlə
Təpəsinə qoysan karnizlə
Çevrilib üzr istiyər
Günahkar sakit bənizlə
Bilirsiz niyə o belədir?
Bilrsiz söhbət necə
Valideyinləri ona
Bu sözləri deyib yatmazdan öncə
Oğlum repə qulaq asma
Ayıbdı olmaz
Rep…


Thomas
34, Balakan, Azerbejdžan

Her 3 bin 600 yılda bir güneşin yörüngesine girerek dünyanın yakınından geçen Marduk, (Nibiru) isimli gezegenin dünyaya çarpacağı söylentileri ayyuka çıkınca NASA, halkın endişelerini ortadan kaldırmak için bir açıklama yaptı.

NASA, Marduk’un 21 Aralık 2012’de dünyaya çarparak Maya takviminin son gününde dünyanın sonunu getireceği iddialarına internet sitesinden soru-cevapla yanıt verdi:

2012’te kıyametin olacağı nereden çıktı?


Marduk söylentisinin kökeni Sümerlere dayanıyor. Bu gezegenden gelen uzaylıların dünyayı ziyaret ettiğine inanılıyordu.

Sümerler astronomide çok gelişmişlerdi. Öngörüleri doğru olamaz mı?

Sümerler Uranüs, Neptün ve Pluton’u keşfetti. Ama dünyanın güneşin etrafında döndüğünü anlayamadılar.

Marduk 1983’te “Gezegen X” olarak keşfedilmedi mi?

1983’te IRAS uydusu anlaşılamayan bir şey görüntüledi. Bunun bir galaksi olduğu…


Thomas
34, Balakan, Azerbejdžan

King Of POp 


Thomas
34, Balakan, Azerbejdžan

 Tarkan Yaşadığı Çətinlikli Günlərin Ardından Sevənlərinin Qarşısına İlk Dəfə Kral Tv Video Musiqi Mükafatları Geccesində Çıxdı






Musiqinin Kralları müəyyən oldu

16. Kral Musiqi Mükafatları sahiblərini tapdı. Gecəyə, iki mükafatla damğa vuran adlar Mustafa Ceceli və Sıla oldu.

Türkiyənin musiqi mükafatları sahiblərini tapdı

16. Kral Musiqi Mükafatlarında ilin kişi sənətçisi və ilin albomu mükafatını Mustafa Ceceli al/götürdü. Ən/en yaxşı qadın sənətçi Ajda Pekkan olarkən, Ən Yaxşı Mahnı və Mahnı Sözü Mükafatını Sılanın ‘Sevişmədən Yatmayaq' adlı mahnısı qazandı. Ən yaxşı qrup mükafatı da Eurovision nümayəndəsi Mangaya getdi.

İstanbul Haliç Konqres Mərkəzində edilən mükafat mərasimində Tarkan, İbrahim Tatlıses və Ajda Pekkan səhnəyə…


Thomas
34, Balakan, Azerbejdžan

Adı: Michael 

Soyadı: Jackson

Doğum Tarixi: 29 Avgust 1958         Ölüm Tarixi: 25 İyul 2009

Doğum Yeri: Gary İndianna USA

Amerikalı, zenci pop müzik ses sanatçısı. Ünü Amerika sınırlarını aşarak, dünya pop müzik tarihine damgasını vurmuş; çıkardığı hemen hemen bütün albümler hit olmuş ve tüm zamanların en iyi satış rakamlarına ulaşmıştır. Benzersiz ve kendine özgü dansıyla, sansasyonel özel hayatıyla, eğlence sektörüne getirdiği farklı solukla, 70'li yıllardan günümüze değin süren müzik kariyeri boyunca dünya çapında bir "pop idolü" haline gelmiştir.



29 Ağustos 1958 tarihinde, Amerika'nın Indiana Eyaleti'nin, Gary şehrinde doğdu. On çocuklu bir ailenin sekizinci üyesi olarak dünyaya gelen sanatçının tam adı, Michael…


Blog
Blogovi se ažuriraju svaka 5 minuta