28.12.2013
Mutleq!!!
37, Baku, Azerbejdžan

MÜTLƏQ OXUYUN OXUDUQDAN SONRA ƏMİNƏM Kİ PAYLAŞACAQSINIZ Bir adam Microsoft şirkətinə iş üçün danışmağa gedir. Girmək istədiyi iş də tualet təmizləyiciliyi. HR meniceri ilə görüşüb tıxanmış bir tualeti təmizləyib testdən keçir. HR meniceri adama testi keçdiyini, hansı gün saat neçədə işə başlayacağını ona e-mail yoluyla göndəriləcəyini söyləyir. Adam, kompüteri olmadığı səbəbindən e-mail istifadə etmədiyini deyir. HR meniceri : "Təəssüf edirəm amma e-mailiniz yoxsa siz virtual olaraq var sayıla bilməzsiniz və buna görə sizi işə götürə bilmərik." deyir. Adam çarəsizcə çölə çıxır və "Nə etsəm, nə etsəm!" deyə düşünərkən cibindəki 10 dollar ilə 20 kilo albalı almağa qərar verir. Qapı qapı gəzərək albalıları satır və 2 saat içində sərmayəsini 2 qatına çıxarır. "Bu şəkildə çörək pulmu çıxara bilərəm." deyərək hər gün səhər erkəndən qalxır və qapı qapı gəzərək albalı satır. Hər gün sərmayəsi böyüyür. Deyərkən kiçik bir yük maşını alır və satışa davam edir. Az bir zaman sonra böyük bir yük maşını və bir neçə kiçik yük maşını alır . 5 İL KEÇİR Bu adam hal-hazırda Amerikanın ən böyükləri arasında iştirak edən bir nəqliyyat şirkətinin sahibidir. Bir gün ailəsinin gələcəyini düşünərək sığorta etdirmək istəyir. Sığorta şirkəti ondan bir e-mail ünvanı istəyir. E-mail istifadə etmədiyini söylədiyində sığortaçı: "Maraqlıdır, e-mailiniz olmadan böyük bir holdinq qurmusunuz. Bir də e-mailiniz olsaydı nələr edərdiniz!" deyir. Adamın cavabı: "E-mailim olsaydı bu an da Microsoftda tualet təmizləyirdim."

16 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta