Səndən sonra heç kəsi sevmədim sənin qədər...
39, Baku, Azerbejdžan




Özünlə aparmısan günlərimin rəngini,
Kədər mənə bənzəyir, qəm kövrəlib sən kimi...
İndi başa düşmüşəm sənsiz hər şeyim hədər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər...

Sevgi dolu baxışlar şəklindən baxır mənə,
Dönəcəksən bilirəm, sən əvvəl-axır mənə...
Mən elə bilirdim ki, hər şey soyuyub gedər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər...

İçimdə tufan kimi çağlayır xatirələr,
Göz yaşlarım qurumur, ağlayır xatirələr...
Mən kədərdən doymuşam, məndən doymayır kədər,
Səndən sonra heç kəsi sevmədim sənin qədər...

O qədər yaxın ikən, bu qədər uzaq olduq,
Yorulduq bu sevgidən, biz yarı yolda qaldıq...
Mən əzablar içində, sən özün məndən betər,
Sən özün də heç kəsi sevmədin mənim qədər...

315 pregleda
 
Komentari
Deli-Dunyam 25.09.2014

maragli ve gozel idi...

Rainfall Rainfall 10.10.2014

Çox saq ol

uReKaGLaR 16.04.2016

ehhhhh
:(

RLN 14.05.2016

SUPERRR

Blog
Blogovi se ažuriraju svaka 5 minuta