Sevgimin yolunda ölənim, gəlsin.
35, Roseau, Dominikana

Yalandı bu dünya nə mal, nə dövlət,
Bir eşq istəyirəm nə pul, nə sərvət,
Tanrıdan tək arzum saf təmiz qismət,
Sevgimin yolunda ölənim, gəlsin.

Sevgimi ömürlük qəlbdə saxlasın,
Özgə üçün eşq qapısın bağlasın,
Ağlayan günümdə mənlə ağlasın,
Xoş gündə mənimlə gülənim, gəlsin.

Demirəm yolumda keçsin canından,
Adından, sanından, şöhrət şanından,
Bircə ayırmasın məni yanından,
Alışsam mənimçün sönənim, gəlsin.

Bəxtim gah barışar, gah məndən küsər,
O sonsuz sevgidən qalmayıb əsər,
Bu necə yaşamağ, bu nə dərdi-sər,
Son sözüm bir parça kəfənim, gəlsin.

Yox hələ yaşamağ lazımdı mənə,
Çevrilib baxmıram daha dünənə,
Lənət söyləyirəm olub keçənə,
Dərdiylə dərdimi bölənim, gəlsin.

3 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta