11.04.2012
Qirmizi gul
35, Roseau, Dominikana

Keçmişdə bir ölkə varmış və bu ölkədə heç amma heç qırmızı gül yoxmuş. Bütün güllər ağ rəngdəymiş. Bir də bir-birini çox sevən bir qız və bir cavan varmış... Bir-birlərinə çox yaraşırlarmış. Qız çox gözəl cavan isə çox yaraşıqlıymış. Cavan bu qız üçün hər şeyi edərmiş. Qız isə bir şərt qoymuş ortaya. 'Mənə qırmızı rəngdə bir gül gətirsən səninlə evlənərəm.' Cavan çox kədərlənmiş bu şərtə. Çünki heç qırmızı gül yoxmuş bu ölkədə. Ağ güllərlə dolu bir bağçaya getmiş, axtarmış amma yox. Sonra oradakı bir bülbülə dərdini yanmış. Bülbül dinləmiş gənci və ən sonunda; 'Kədərlənmə cavan, sabah bura eyni saatda gəl, qırmızı bir gül görəcəksən. Onu götür qıza apar, evlənin xoşbəxt olun. Sən onu çox sevirsən xoşbəxtlik haqqın' demiş. Uşaq kefsiz halda ayrılmış oradan. Ertəsi gün bağçaya getmiş koskaca bağça ağ güllərlə dolu yalnız ən ortada qıpqırmızı bir gül!! Cavan bir az çaşmış, bir az həyəcanlı, bir az xoşbəxt qaçıb getmiş gülün yanına... Amma gördüyünə həqiqətən çox kədərlənmiş.. Bülbül yerdə, özünü tikanıyla öldürmüş olduğu gülün dərhal dibində, cansız yatırmış. Cavan, özünün xoşbəxtliyi üçün, bülbülün qanıyla rənglədiyi gülü götürüb qızın yanına getmiş. Qız, arzusu reallaşdığı üçün çox sevinmiş və özünə qırmızı gül gətirən cavanla evlənməyi qəbul etmiş. Amma cavan; 'Mənimlə evlənə bilməyin üçün bülbülün ölməsimi lazım idi?' deyərək ayrılmış və bir daha da heç dönməmiş...

BƏZİLƏRİNİN XOŞBƏXTLİYİ ƏSLA BAŞQALARININ BƏDBƏXTLİYİ OLMAMALI!

1 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta