Bir möcüzə olsa((
35, Roseau, Dominikana

Bir möcüzə olsa və qapı döyülsə indi, bir dost girsə içəri. Birdən ağlıma girdin dost, çıxıb gəldim eləcə desə və dərtləşsək səhərə kimi…
Bir möcüzə olsa və radioda o çox sevdiyim mahnı dilə gəlsə, ‘səni buraxıb gedə bilmərəm' desə , hər şeyi, hər şeyi buraxıb yalnız mahnı olsam məndə o səslə…
Bir möcüzə olsa, kiçik bir üzrlə, isti bir sarılışla qurtarsa bütün hirsliyim, əsəbim, həqiqətən səhv başa düşmüş olsam olanları, içimdə qəzəb olmadan davam etsəm yoluma…
Bir möcüzə olsa və sözlər uçar kimi tökülsə qələmimdən, təmkinliyim, yavanlığım getsə, içimdə nə varsa kağıza boşalsa, göstərə bilsəm içimdə qopan fırtınanın böyüklüyünü…

Bir möcüzə olsa və bütün tələskənliyim, içimdə davamlı mənimlə döyüşən səs, özümü sevməmə, özüm olmama mane olan nə varsa sona yetsə, içim birazca səssizləşsə, birazca istirahət edə bilsə, ya da kənardan biri içimi görə bilsə və yavaşca oxşayıb saçımı keçəcək desə…
Bir möcüzə olsa üzümdə əks etdirdiyim bu saxta gülüşün yerinə səmimi, həqiqi və ürəkdən bir gülümsəmə alsa....
Bir möcüzə olsa və sözlərim təkliyi, incikliyi, uzaqlığı, getməyi, ümidsizliyi deyil də qalmağı izah etsə, qaldığım yerdəki xoşbəxtliyi izah etsə, qəmli xəzan mövsümünü deyil də təzə bahar çicəklərini izah etsə

5 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta