Mənim Heç Anam Olmadı ki !
35, Roseau, Dominikana

Mənim heç anam olmadı. Bu səbəbdən analar gününün mənasını da bilməm...
Övlad uğruna canından imtina edən bir qadınmış anam. Ya mən ya o. .Mən ağlayaraq gəldiyimdə dünyaya anam, gülümsəyərək vida etmiş. Məni o isti olduğunu təxmin etdiyim qucağına almadan. Uşaqlığımdan bilərəm, yaşıdlarım: ''Ana'' dediyində mən, ''niyə deyə bilmirəm deyibdə düşündüyüm anlarımı. Kim bu ana ! Niyə canı yanınca ana deyirlər ? Niyə canları bir şey istədiyində ana deyirlər ? Niyə ?
Sonra böyüdüm. Düşündüm, məni kim əmizdirdi ? Kimlər analıq etdi mənə ? Məktəbdə məsələn məktəb Ailə birliyi yığıncaqları deyilən hadisə var ha. .Herkes anasını çağırırdı. Yazıq atam bir dəfə olsun gəlməmişdi. Mənim ailəmi heç çağırmadılar ! Sanki problemsiz, dərdsiz biriymişim kimi. Halbuki dərdin böyüyü məndə idi. Şəfqətsizliklə ,sevgisizliklə keçən bir uşaqlıq. Tək əskiyim, ən böyük əskikliyimmiş guya. .O da anasızlıq ! Kim bilər neçə dəfə gecə yatarkən üstüm açıldıda örtülmədi. Kim blir neçə dəfə acınca ağladım da ,anam olmayanlar doyurdu məni. Ah bir də nə pis bilirsinizmi ? Bir yoldaşınızın Ailəsi ilə tanış olarsınız. .''Annem '' deyərlər. Tanış olaram. anan necə'' deyə soruşduqlarında, cavab verə bilməmənin çəkdirdiyi ağrını hiss edərdim. Ha cavab verərdim təbii : ''Mənim anam vəfat etdi !''
''Nə vaxt Allah Rəhmət etsin ''..
''Mən doğularkən ''.Dərin bir sesizlik.Sonra ağrıma dolu baxışlar, mərhəmət..
Xoşbəxtlik, ağrının azalmış halıdır ya. .Heç azalmadı ki ağrım. .Bunun azı ,çoxu olarmı? Mənə yerini doldura bilməyəcəyin bir şey söylə desələr, bilin baxaq nə cavap verərdim ?

Buyurun siz söyləyin...

Ananızı sevin, onun qiymətini bilin !

Həyatda ən pis şey "anasızlıqdır" dostlar.

İndi gedin sarılın ONA ,Mənim yerimə də təbii....


8 pregleda
 
Komentari
YEVREYKA 12.04.2012

menim anam senin anan

Ciciqiz-N1 Ciciqiz-N1 12.04.2012

*THUMBS UP*

YEVREYKA 12.04.2012

cici bunu heqiqetende ozun haqqinda yazmisan anan yoxdu,yoxsa bloqa gore

Ciciqiz-N1 Ciciqiz-N1 12.04.2012

bu suali cavabsiz qoyacam(

Boss 12.04.2012

:-(

Blog
Blogovi se ažuriraju svaka 5 minuta