Heyatda neler oyrendim..
35, Roseau, Dominikana

Həyatı öyrəndim...

Sonsuz bir qaranlığın içindən doğdum. İşığı gördüm, qorxdum. Ağladım.
Zamanla işığda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum.
Gün gəldi sonsuz qaranlığa uğurladım sevdiklərimi...
Ağladım.

Yaşamağı öyrəndim.
Doğumun, hayatın bitməyə başladığı an olduğunu; aradakı bölümün, ölümdən çalınan zamanlar olduğunu öyrəndim.
Zamanı öyrəndim.
Yarışdım onunla...
Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öyrendim...

İnsanı öyrəndim.
Sonra insanların içində yaxşılar və pislər olduğunu...
Sonra da hər insanın içində yaxşılıq və pislik olduğunu öyrəndim.
Sevməyi öyrəndim.
Sonra güvənməyi...
Sonra da güvənin sevgiden daha güclü olduğunu, sevginin güvənin sağlam zəmini üzərinə qurulduğunu öyrəndim.

Oxumağı öyrəndim.
Özümə yazmağı öyrətdim sonra...
Ve bir süre sonra yazı, kendimi öğretti bana...
Getməyi öyrəndim.
Sonra dayanamayıb dönməyi...
Daha da sonra özümə rəğmən getməyi...

Namusun önəmini öyrəndim evdə...
Gerçək namusun, günah əlinin altındaykən, günaha əl sürməmək olduğunu öyrəndim.
Gerçəyi öyrəndim bir gün...
Və gerçəyin acı olduğunu...
Sonra dözümdə acının, yeməyə olduğu qədər həyata da ləzzət qatdığını öyrəndim.
Hər canlının ölümü dadacağını, ama sadəcə bəzilərinin hayatı dadacağını öyrəndim..

13 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta