niye qocalirigg???
37, Əzizbəyov, Azerbejdžan

Niyə qocalırıq?


Hər insan bədəni zaman keçdikcə yaşlanır. Səbəbini bilirikmi? İnsan ömürü hər adama görə fərqli olmaqla hal-hazırda orta hesabla 75 ilə çatıb. Alimlər isə insanların 150 ilə qədər yaşaya biləcəklərinə inanırlar. Bu günə qədər qeydə alınan ən uzunömürlü insan ünvanı isə yaponiyalı Siqetiyo İzumiyə aiddir. O, 120 il 237 gün yaşayıb. Azərbaycanın Lerik rayonunun sakini Şirəli Müslümovun isə 168 il, digər lerikli Mahmud Eyvazovun isə 152 il yaşadığı deyilir. Görünür, onların qeydə alınması ilə bağlı hansısa problemlər ortaya çıxıb.



Qədim yunan xalqının müdriklərinin vaxtı ilə dediklərini təhlil etdikdə, istər-istəməz təəccüblənirsən. Yunanlar demişdilər: “70 yaşında vəfat edən insan elə hesab eləsin ki, o doğulandan bir az sonra, necə deyərlər elə beşikdəcə dünyasını dəyişib”. Ümumdünya tarixçilərinin apardıqları uzun-uzadı tədqiqatlardan sonra, onlar belə bir nəticəyə gəliblər ki, vaxtı ilə insanlarda orta yaş həddi təxminən 200 ilə yaxın olub və eyni zamanda onlar bu müddətdə iş qabiliyyətini itirməyiblər. Nastradamusa görə isə, 2097-ci ildə sürətli qocalma xəstəliyinin qarşısı alınacaq.



İnsanların böyüməsi, yaşlanması və ölməsi ilə bağlı müxtəlif nəzəriyyələr var. Bir nəzəriyyəyə görə, orqanizmdə baş verən bəzi kimyəvi reaksiyalar gün keçdikcə böyrək və ürək olmaqla sağlam hüceyrələrimizə zərər verir. Bir başqa nəzəriyyəyə görə isə, genetik proqramlaşdırma ilə yaşımız əvvəlcədən təyin olunub. Proqram hüceyrələr vasitəsilə qocalmağımıza nəzarət edir. Kifayət qədər hüceyrə öldükdən sonra orqanlar lazım olan səviyyədə işləmir və nəticədə insan ölür.



Bioloq alimlərin verdiyi məlumata görə, hər insanın bədəni milyardlarla hüceyrədən ibarətdir. Onların əksəriyyətində bu xüsusiyyət var ki, özlərin yenidən bərpa etsinlər. Yəni, bu yolla köhnə və ya yaralanan hüceyrənin yerini təzə hüceyrə alır. Hər hüceyrənin içində iyirmi mindən artıq gen var. Bu genlərin bəziləri vaxtında hüceyrəyə siqnal verirlər ki, özünü yenidən bərpa etsin. Bəzi genlər də əksinə, siqnal verirlər ki, hüceyrənin yenidən bərpası dayansın.



Bu mövzu ilə əlaqədar Amerikalı bioloq alim Leonard Hayflik bir məşhur təcrübə apardı. 1960 - cı ildən bəri o laboratoriya şəraitində bir sıra insan hüceyrəsinə imkan yaratdı ki, özlərini yenidən bərpa edələr. Amma yeniləşmə prosesi müəyyən qədər təkrarlanıb dayandı, nəhayət hüceyrələrin ölümü ilə qurtardı. Bu təcrübə sübut etdi ki, hər hüceyrənin içində bir bioloji hafizə var. Bu bioloji hafizə müəyyən qədər hüceyrənin bərpasına izin verir. Bu hesabla hər diri orqanizimdə hüceyrələrin yeniləşmə prosesi dayananda o orqanizmin qocalması və nəhayət ölməsi bir fakt kimi qəbul olunur. Elə bu səbəbə görə də, elmi baxımdan qocalma xəstəlik sayılır. İnsan qocalıq xəstəliyinə 20 yaşından tutulur. 25 yaşından qocalıq nişanəsi insanın dərisində görünür. İnsanın dərisində hüceyrələr təqribən 50 dəfə yenidən bərpa olunur və bundan sonra bərpa olunma prosesi dayanır. Dəri nazilir və xüsusən üzün dərisində qırışma qocalıq əlaməti kimi özünü biruzə verir. 30 yaşından eşitmə və görmə qabiliyyəti zəifləməyə başlayır. Hətta 30 yaşından bədənin xəstəliklər qarşısında müdafiə qabiliyyəti azalır. Bunların da əsl səbəbi ondan ibarətdir ki, bəzi hüceyrələrin yenidən bərpa olma prosesi dayanır. 35 yaşından insan bədəninin sümüklərində kövrəlmə prosesi gedir və onun skiletində xəstəliklərə qarşı müqavimət azalır. 45 yaşından insanın hafizəsi zəifləməyə başlayır. Çünki, beyində yerləşən bəzi informasiya ilə işləyən beyin və sinir hüceyrələri sıradan çıxmağa başlayırlar. Nəhayət, bu yaşdan sonra yavaş - yavaş insana yeni məlumatları öyrənmək və onları yadına salmaq çətinləşir.



Ancaq qədim zamanlarda insan ömrü orta hesabla 30-40 il olduğu halda, hal-hazırda 75-ə çatması bu tezisi alt-üst edir. Alimlər meyvə ağcaqanadlarının genləri ilə təcrübələr apararaq ağcaqanadların daha uzunömürlü olmasına nail olublar. Bu uzunömürlü ağcaqanadların digərlərindən fərqləndirici əlaməti müdafiə sistemlərinin daha güclü olması və yağtoplama xüsusiyyətinə görə aclığa davamlı olmasıdır. Meyvə ağcaqanadı üzərində aparılan araşdırmalar, insan ömrü mövzusunda ciddi bir ipucu verə bilməyib. Ancaq genetik baxımdan insanlara daha yaxın olan siçanlar üzərindəki araşdırmalar ilə inandırıcı məlumatlar əldə ediləcəyinə inam var.



Bir başqa məqam isə maddələr mübadiləsi yüksək, yəni oksigendən daha çox istifadə edənlərin maddələr mübadiləsi zəif olanlara nisbətən daha az yaşamasıdır. Məsələn, siçanların metabolizmik sürətləri insandan daha yüksəkdir, amma nadir hallarda 3 ildən çox yaşayırlar. Son vaxtlar haqqında tez-tez danışılan E və C vitaminlərinin də qocalma prosesini gecikdirdiyi müşahidə edilir. İnsan bədənində hüceyrələrin bölünərək yeni hüceyrə meydana gətirmək qabiliyyəti də məhduddur. Sonuna qədər bölünə bilən tək hüceyrə xərçəng hüceyrəsidir. Başqa sözlə, xərçəng xəstəliyinə əlac tapılması insanların qocalma məsələsinə də işıq tutacaq.
 

5 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta