İnsanlıq dərsi
32, Sumgayit, Azerbejdžan

Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinifə bir qaş-qabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə löhvəyə «1» rəqəmi yazır.
«Baxın» — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey.»
Sonra «1»-in yanına «0» yazır: «Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir.»
Bir «0» da artırır: «Bu təcrübədi. 10 olduğunuz vaxt 100-ü qaldırar sizi.»
Beləliklə, «0»-lar uzanıb gedir.
«Bacarıq… Ciddiyyət… Sevgi...»
Əlavə olunan hər «0»-ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı «1»-i silir. Demək istədiyi son fikri çatdırır:
"İNSANLIĞINIZ YOXDURSA,O BİRİLƏR HEÇ BiR MƏNA VERMƏZ."

0 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta