Tüpürün o zalimlərin həyasız sifətinə!
32, Sumgayit, Azerbejdžan

Bir vaxtlar ingilislər İstanbul boğazının toplarını darma-dağın edib İstanbulu istila etmişlər. Bu əsnada İngiltərə dini qurumunun başçısı olan Anqlikan kilsəsinin baş pastoru tərəfindən o vaxtı Türkiyənin ən böyük alimlərindən sayılan Bədiuz-Zaman Səyid Nursiyə din barəsində altı sual ünvanlandı.

Ustada deyildi ki, onlar bu altı suala altı yüz kəlimə ilə cavab istəyirlər, onlara cavab ver. Ustad belə dedi: “Altı yüz kəlimə ilə deyil, altı kəlimə ilə deyil, hətta bir kəlimə ilə də deyil, bəlkə bir tüpürcəklə cavab verirəm. Çünki o dövlət, gördüyünüz kimi ayağını boğazımıza basdığı anda onun pastoru məğrurcasına bizdən sual soruşmasına qarşı üzünə tüpürmək gərəkir. Tüpürün o əhli zülmün o mərhəmətsiz sifətinə!”
Ustadın bu hərəkəti nə onun bu suallara cavab verməkdən aciz qalmasından irəli gəlirdi, nə də ki, ümimiyyətlə Səid Nursinin dialoq, diskusiya, fikir mübadiləsi əlehdarı olmasından. Onun bu suallara qarşı bu cür təpki göstərməsinin səbəbi özünün də dediyi kimi bu sualın verilməsində məqsədin öyrənmək olmayıb bir qalibin məğlub etdiyi birisinə yuxarıdan aşağı baxaraq onun suallarına cavab verməsini əmr etməsindən irəl gəlirdi. Bu səbəbdən Səid Nursi onlara cavab verməyi bir alçalma kimi qəbul etmiş və sözsüz ki, bunu İslamı təmsil edən birisi kimi özünə sığışdırmamaışdır.
Sonrakı hadisələr bunu bir daha təsdiqlədi. Sonralar ustad həqiqətən maraqlanıb öyrənmək istəyənlərə həmən o altı sualın cavabını vermişdir.
Bu gün müsəlmanlar içində bir aşağılıq kompleksi yaşanır. Allah Özü İzzət sahibi olduğu üçün, onun dini də izzətlidir. Kim də İslama girərsə izzət və şərəf tapar. Bunu öyrənmək istəyən, İslama girənlərlərdən soruşsun. Onlar bunu öz timsallarında, öz həyatları ilə təsdiq edərlər. Müsəlman məğlub edilə bilər, əzilə bilər, təhqir edilə bilər, alçaldıla bilər və s. Amma heç vaxt, heç bir müsəlmanın, müsəlman qaldığı müddət özünü qeyri müsəlmanlardan aşağı, zəlil görmə haqı yoxdur. Qeyri müsəlmanlar kim olursa olsun, hansı statusda olursa olsun.
“(Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan) ən üstünsünüz” (Ali İmran 139)

Bunu etmək istəyənin (yəni özünü aşağı qəbul edənin) İslamı təmsil etmə haqqı yoxdur. İslamdan çıxsın, sonra kimlərin ondan üstün olmasını nə qədər istəyir etiraf etsin. Onsuz da İslamdan dönən ən böyük rüsvayçılıq və rəzalətə məhkumdur.

“O münafiqlər ki, mö’minləri qoyub kafirləri dost tuturlar. İzzəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, izzət tamamilə Allaha məxsusdur!” (ən-Nisa 139)

10 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta