Ərəbistanda fövqəladə vəziyyət elan olunub
49, Moscow, Rusija

Tehran Radiosu - Ərəbistan kralının səhhəti ilə bağlı vəziyyətinin ağırlaşmasının ardınca bir daha ölkədə fövqəladə vəziyyət elan olunub.

Əl-Aləm telekanalının məlumatına görə Ərəbistan karlı Mələk Abdullanın vəziyyətinin ağırlaşması və Nyu-Yorkda xəstəxanaya yatırılması ilə Ərəbistanda təhlükəsizlik tədbirləri peyk həddə çatdırılıb.

Ötən bir ildə Ərəbistanda hakim rejimə qarşı xalq etirazlarının genişlənməsini və kralın ögey qardaşları olan vəliəhdlər Sultan Bin Əbdüləziz və Naif Bin Əbdüləzizin vəfat etmələrini nəzərə alaraq, hazırda Ərəbistan kralının vəziyyətinin ağırlaşması ölkənin ciddi böhran astanasında olmasından xəbər verir.

ABŞ dövlət departamentinin yüksək səviyyəli bir rəsmisinin dediyinə görə Ərəbistan kralı üzərində aparılan cərrahiyyə əməliyyatı uğurlu keçsə də Məlik Abdulla ölkəni idarə etməyə qadir olmayacaq . Bu da Ərəbistanda vəziyyətin daha gərginləşməsinə və bu istiqamətdəki nigaranlıqların artmasına səbəb olub.

40 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta