“ABŞ-ın Yaxın Şərq regionundakı siyasəti “İsrail mehvərli” siyasətdir"
49, Moscow, Rusija

Şərşənbə axşamı, 04 Sentyabr 2012 13:33

Livan Hizbullahının baş katibi bildirib ki, regiondakı hazırkı prosesləri nəzərə alaraq ərəb dünyası beynəlxalq rolu oynaya bilər.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Livanın əl-Məyadin telekanalı ilə eksklüziv müsahibədə deyib: Regionda baş verənlər regionun həqiqət, gələcək və taleyini bir neçə onillik üçün müəyyənləşdirəcək.

Nəsrullah habelə bildirib: İsrail rejimi Misir inqilabı baş verdiyi və Hüsnü Mübarək diktatura rejimimin devrilməsi ilə nəticələndiyi zaman şoka düşdü və təcrid olundu. Bu da ötən neçə onillikdə misilsiz olmuşdur.

Livan Hizbullahının baş katibi habelə qeyd edib ki, Fələstin məsələsinin dəstəklənməsi üçün strategiyanın tənzimlənməsində hamı iştirak etməlidir. Çünki mehvər şəklində bir çox fəaliyyətlər vardır ki, Fələstin məsələsinin unutdurulmasına çalışır.

Nəsrullah habelə sionist rejimin hazırkı vəziyyəti barəsində deyib: İsrail rejimi bir çox təhlükəli zəif nöqtələrə malikdir və bu rejimin hava qüvvələri xalq müqavimətini məhv edə bilməz. Çünki müqavimət həqiqi müdafiə və təsirli qüvvəyə malikdir.

Müqavimətin hazırkı vəziyyətini 2006-cı ildə 33 günlük müharibə dövründən daha yaxşı adlandıran Livan Hizbullahının baş katibi deyib: Livanın islami müqaviməti arxayınlıqla öz fəaliyyətlərini davam etdirir və gələcəyə də nikbindir.

Seyid Həsən Nəsrullah habelə sionist İsrail rejiminin İrana qarşı təhdidləri barəsində deyib: İsrail rejiminin etdiyi hər bir iş ABŞ üçün məsuliyyət yaradacaqdır və İranın sionist rejimin ehtimal olunan hücumuna cavabı, yalnız bu rejimlə məhdudlaşmayacaq. Belə ki, ABŞ-ın regiondakı bazalarını da öz əhatəsinə alacaqdır.

İrana ehtimal olunan hücum barəsində sionistlər arasında ixtilafın mövcud olduğunu və məsələnin İranın sülhməramlı nüvə fəaliyyətləri üzərində olmadığını bəyan edən Livan Hizbullahının baş katibi deyib: Nüvə məsələsi İrana hücum üçün yalnız bəhanədir və sionist rejimin baş naziri Benyamin Netanyahu və müharibə naziri Ehud Barak regionu müharibəyə doğru sürükləməyə çalışırlar.

Seyid Həsən Nəsrullah Suriya prosesləri barəsində də deyib: Suriya böhranının gərgin vəziyyətində nüfuzlu ərəb ölkəsi və bəzi amerikan tərəfləri Suriya prezidentinə müraciət göndərdilər və ondan bu ölkə böhranına son qoyulması qarşılığında İranla və müqavimətlə münasibətlərini dayandırmağı istədilər.

“ABŞ-ın Yaxın Şərq regionundakı siyasəti “İsrail mehvərli” siyasət, İran İslam Respublikasının isə regiondakı siyasəti “Fələstin mehvərli” siyasətdir. Buna görə İran Suriyada müharibənin dayandırılmasını istəyir və bu istiqamətdə çalışır” –deyə Livan Hizbullahının baş katibi qeyd edib.

5 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta