Seyid Həsən Nəsrallahın Qüds günü münasibəti ilə çıxışı
49, Moscow, Rusija

Yayım Tarixi: 18.08.2012 16:38


haber
İmam Xomeyninin bir sözü var ki, "ABŞ Yaxın şərqə İsrail gözləri ilə baxr, İran isə Fələstin gözləri ilə baxir."

Livan Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah Beynəlxalq Qüds Günü münasibətilə geniş xalq kütləsi qarşısında çıxış edib.
O, çıxışında Qüds gününün mahiyyəti, İslami müqavimətin fəlsəfəsi ilə yanaşı bir çox digər ölkədaxili, regional və qlobal məsələlərə də toxunub.
Hizbullah lideri, qlobal imperializmin Yaxın şərqdə sonuncu böyük oyunu, Suriya, Fələstin, Türkiyə məsələləri barədə danışıb.

Seyid Həsən Nəsrullah deyib: "Mübarək Ramazanın son cüməsində qeyd olunan Qüds gününüzü təbrik edirəm. Bu vəsilə ilə Fələstini və Fələstinli qardaşlarımıza olan məsuliyyətlərimizi də xatırlamış olaq. Hizbullah, Fələstin mübarizəsində tutduğu mövqeni sonuna qədər mühafizə edəcək. İsrail hələ bu qədər güclü olduğu halda fələstinli qardaşlarımızın azadlığından bəhs edə bilmərik. Deməli hələ mübarizənin istənilən nöqtəsinə çatlmayıb və bu daha çox səy, daha çox təlaş tələb edir.
Fələstinlilər də özləri aralarındakı siyasi anlaşılmazlıqları bir an əvvəl həll etməlidir. İsrail fələstinlilərin evlərinə və ibadət yerlərinə hörmət göstərməyib, işğal hərəkatına başlamış və insanlara davamlı zərər vermiş böyük bir təhlükədir.
İsraildə Hizbullahı və müttəfiqlərini zəiflətmək üçün aparılan işlərin hamısından xəbərdarıq.
Ərəblər bir millət olaraq birləşib işğalçı sionistlərə qarşı mübarizə edə bilmir. Çox təəssüf ki, içimizdə parçalanmalar var və ortaq hərəkatda ola bilmirik. Bunun məsulları da müəyyəndir.
Son 2 proses İsraili çox qorxudub; bunlardan biri Misirdə Mübarəkin devrilməsi, digəri isə ABŞ ordusunun İraqdan çəkilməsidir.
Quldur İsrail rejimi fələstinlilərin bir-biri ilə barışacağını gördü və buna görə də yeni ixtilaflar meydana gətirdi. Təəssüf ki bu məkrli hörmüçək toruna düşənlər oldu. Bir müddət öncə hadisələr müsbət istiqamətdə cərəyan edirdi. Ta ki Suriya böhranına qədər.
Qeyd etməliyəm ki, Suriyada qaçırılan Həsən Miktad Hizbullahın üzvü deyil. Bu iddialar çox yanlışdır. Suriya böhranından sonra region ölkələri bir-birləri ilə az qala düşmən oldu. Türkiyə hökuməti Suriya, İraq və İran ilə münasibətləri pisləşdirmək bahasına bəzi məqsədlərə çatmaq cəhdi göstərdi.
İsrail Suriya hadisələrindən istifadə edərək İran, Körfəz Ölkələri və Türkiyəni bir-birilə münaqişəyə çəkməyə çalışır. Bunun ən bariz dəlili Körfəz ölkələrinin Suriyaya silah göndərərək ümmət qarşıdurmasına göz yummasıdır. İranın regiona münasibəti isə yalnız vəhdət prizmasında olub. İmam Xomeyninin bir sözü var ki, "ABŞ Yaxın şərqə İsrail gözləri ilə baxr, İran isə Fələstin gözləri ilə baxr."
Bu bölgədə digər müsəlman ölkələr də Yaxın şərqə Fələstin gözü ilə baxmalıdır.
İsrail ümmətin bir-birini öldürməsindən çox xoşhaldır və keflə bizləri izləyir. Bəzi imperialist dövlətlər isə Suriyada kütləvi qırğın silahları var deyərək işğal ssenariləri yazır.
İran və Suriyanın Fələstin mübarizəsində göstərmiş olduqları mövqe, Müqavimət xəttinin güclülüyü İsrail və bəzi şər qüvvələrin xoşuna gəlməyib və işğal hərəkatına başlayıblar.
Qüds günündə bütün ərəblərdən soruşuram: İranın İsraillə düşmənçiliyi sizi narahat edir?
Biz ərəblərin içimizdə həll etməli olduğumuz bəzi problemlər var: Məzhəbçilik. Məzhəbçiliyin bizə faydası nə vaxt və harada görülüb axı?İsrail bilir ki Müqavimətə hücum etsə, bizə Fələstinin müstəqilliyini təmin etməmiz üçün fürsət vermiş olacaq. Allaha and olsun biz də Fələstini müstəqil edəcəyik. İsrail terror hamımızın ortaq düşmənidir. İsrail Məscidi-Əqsa və Qüdsə hücum etməyə davam etsə regionda liderliyə can atan Türkiyə rəhbərliyi hansı real addımlar atacaq, ərəb ölkələri və İslam ümməti nə edəcək?
Livan müharibəsində Körfəz ölkələrinin, TÜrkiyənin, ərəb dövlətlərinin heç bir köməyini görmədik. Suriyadan başqa. Öz gücümüzlə 2006-cı ildə İsraili torpaqlarımızdan silib atdıq.
Müqavimətin güclü dayağı olan Suriyaya qarşı dişlərini qıcamış Körfəz ölkələri eyni cəsarəti İsrailə qarşı niyə göstərə bilmir?
Fələstin mübarizəsi və Hizbullahın dayağı İran, Suriya və Livan xalqlarıdır.
Suriya mövzusunda tək həll yolu dialoqdur.
İsrail ilə belə dialoqa girən Türkiyə və ərəb ölkələri Suriya kimi bir ölkəyə bunu niyə çox görür? Bu ikiüzlülükdür. Axan qanda silah göndərən hər ölkə məsuliyyət daşımaqdadır. Qaçırılan 11 Livanlının tapılması üçün lazımlı məsuliyyətləri təzyiqin yüksəlməməsi üçün dövlətə buraxdıq. Bəzi Livan kanal və qəzetləri haqqımızda yalan yazır, bu mübarək Cümə günündə onlardan belə şeylər etməmələrini istəyirəm. Yalan ailələri yanıldar, yalan xalqımızı yanıldar və geriyə dönülməz yaralar açar.
Biz haqq mübarizəmizdə heç bir batil yola baş vurmarıq. Haqqı yalan üzərində qurmağa cəhd etmərik. Biz açıq və aydın şəkildə bildiririk ki, İslami müqaviməti hər zaman davam etdirəcəyik və bu yolda heç kim bizə mane ola bilməz. Hətta son nəfərimizə qədər şəhid olsaq belə bu yoldan geri dönmərik. Hesablamalar, analizlər, proqnozlar nə göstərirsə göstərsin, nəticə nə olursa olsun biz müqavimət vəzifəsini yerinə yetirməkdə bir an belə tərəddüt etməyəcəyik."

islamazeri.az

2 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta