Ayətullah Sistani iraqlı siyasətçiləri müzakirələrə çağırdı
49, Moscow, Rusija

(Səhər TV)—İraq şiələrinin ali təqlid mərcəyi ayətullah Əli Sistani tez bir zamanda iraqlı siyasətçilər arasında müzakirələrin başlanmasını istəyib.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə İraqda siyasi qruplar arasında ixtilafların artmasının ardınca ayətullah Əli Sistani iraqlı siyasətçilərə tövsiyə edib ki, ixtilafların həll edilməsi üçün tez bir zamanda danışıqlara başlasınlar.

Əli Sistani iraqlı siyasətçilərdən istəyib ki, ixtilafları bir kənara qoyub, milli vəhdəti gücləndirməklə dinclik və təhlükəsizlik habelə iraq vətəndaşlarının rifahına zəmin yaratmaq üçün səy göstərsinlər.

Ayətullah Sistaninin milli danışıqların başlanması üzrə istək irəli sürməsinin ardınca, İraqın baş naziri Nuri Əl-Malikinin başçılıq etdiyi Qanun Dövləti Koalisiyası Milli Konfransa Zəmin Yaradan Komitənin üzvləri arasında təcili iclasın keçirilməsini istəyib. M-08

0 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta