Gəlinin gərdəyinə qarımış bacısını dürtdülər - MƏZƏLİ
49, Moscow, Rusija



Tarix: 16.03.2012 | Saat: 12:44:00 | E-mail | Çapa göndər | Sosial şəbəkədə paylaş: fb_pyls.png twtr_pyls.png ggl_pyls.png myspc_pyls.png

p.gif
ereb-qiz.jpgHəyəcanla toyunuzun bitməyini, nəhayət, sevdiyinizə qovuşacağınız anı gözləyirsiniz. Həmin an gəlir, gəlinin duvağını qaldırırsınız və...

Bu hadisə Səudiyyə Ərəbistanında yaşayan bir kişinin başına gəlib. Düzdü, bizim Məşədi İbaddan fərqli olaraq o, duvağın altında kişi yox, gənc və gözəl nişanlısının yaşlı və qarımış bacısını tapıb, amma o da elə Məşədi İbad qədər şok olub.

Publika.Az-ın "Mignews"-a istinadən verdiyi xəbərə görə, yaxın qohumunun yeniyetmə və gözəl qızına ilk baxışdan aşiq olan və dərhal evlənmək qərarına gələn Ərəb Don Juan “Sabq” qəzetinə verdiyi müsahibədə bildirib: “Heç gözləməzdim ki, əmim mənim başıma belə iş açar. O, gözəl nişanlımın əvəzinə mənə evdə qalmış çirkin qızını verib. Qızı görən kimi boşanmaq qərarına gəldim. Bundan sonra bir də çətin evlənmək istəyərəm”- deyib.

Belə yerdə deyirlər ki, adam bu gəlini gətirəndə bir baxmaz ki, bu... odu, ya evdə qalmış bacısı?..

Publika.Az

12 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta