Məmurlar qadın alt paltarlarına qarşı
49, Moscow, Rusija

Tarix: 27.12.2011 - 19:31

picture9-300x225.jpg


Daşkəndin Sergeli rayonunda yerli hakimiyyətin qərarı ilə qadın alt paltarlarının satışı qadağan ediləcək. Bu barədə “Радио Озодлик” (“Azadlıq” Radiosunun özbək xidməti) xəbər verir.

Radiostansiyanın verdiyi xəbərə görə, bu qərar yeni hakimin təşəbbüsü ilə verilib. O, ticarət məntəqələrini yoxlayayan zaman bəzi piştaxtalarda qadın alt paltarları ilə rastlaşıb. Bundan sonra qadın alt paltarlarınını, eləcə də büsqalterlərin satışına qadağa qoyulması barədə göstəriş verilib.

Göstərişə əsasən, Daşkəndin mərkəzindəki alt paltarı mağazaları və univermaqların müvafiq bölmələri bağlanıb. Bəzi məlumatlara görə, artıq bu məhsulları gizlicə satmağa başlayıblar.

Yerli vergi idarəsində bu qərarı belə izah ediblər: “Bu məshullar uşaqların gözlərinə görünməsə yaxşıdır”.

ANN.Az

4 pregleda
 
Komentari
asifisrafilov 27.12.2011

BIZIMKILER DE ONLARIN TAYIDIR.QERBIN MU TECRUBESI UGURLA SINAQDAN CIXSA AZERBAYCANA DA TEDBIQ EDILECEK.HICABI QADAGAN EDENLER "ALTSIZ" VE "USTSUZ" DE GEZECEKLERI O GUN UZAQDA DEYIL.AZTV-NI IZLEYIN

Blog
Blogovi se ažuriraju svaka 5 minuta