"Qüds yəhudilərin paytaxtı" ideyası ilə mübarizə aparılmalıdır
49, Moscow, Rusija

Səhər TV-İslami Əməkdaşlıq Təşkilatının(İƏT) baş katibi sionistlərin "Qüds yəhudilərin paytaxtı" layihəsi ilə mübarizənin aparılmasını vacib adlandırıb.
İƏT-in baş katibi bir bəyanat yayaraq, sionist rejimin nazirlər kabinetinin Qüdsün yəhudilərin paytaxtı elan edilməsi üzrə bir qanun layihəsinin qəbul edilməsi üzrə istəyini qeyri-qanuni adlandıraraq, dünya ictimaiyyətindən İsrail rejiminin bu hərəkəti qarşısında dayanmasını istəyib.
Ehsanoğlu, "Qüds yəhudilərin paytaxtı" layihəsinin İsrail Knessetində təsdiq edilməsi ehtimalını Fələstin xalqının ideyaları və hüquqlarının pozulması adlandırıb və bildirib ki, İsrail rejiminin Qüdsün hüquqi statusunu dəyişmək üzrə hərəkətləri beynəlxalq qanunların aşkar və kobud formada pozulması deməkdir.
Bəyanatda həmçinin bildirilir ki, beynəlxalq qanunlara əsasən Qüds Fələstinin bir hissəsidir və İsrail rejiminin bu istiqamətdəki səyləri qeyri-qanuni və qəbuledilməzdir.
İslami Əməkdaşlı Təşkilatının baş katibinin bəyanatında həmçinin BMT-nin Təhlükəsizlik Şurasından, dördtərəfli beynəlxalq komitədən və YUNESKO-dan istənilib ki, İsrail rejiminin Fələstin xalqı və onun müqəddəslərinə qarşı rasist və irqçi hərəkətlərinin qarşısını almaq üçün ciddi tədbirlər görsünlər.
Bəyanatda dünya ictimaiyyətindən də istənilir ki, sionist rejimin zorakılıq siyasətlərini pisləməklə, bu rejimi beynəlxalq qanunlara hörmət etməyə məcbur etsinlər.
İsrail rejimi 1948-ci ildə Qüdsün qərb hissəsini, 1967-ci ildə isə onun şərq hissəsini işğal edib.
İsrail rejimi "Qüds yəhudilərin paytaxtı" layihəsini qəbul etməklə Qüdsün yəhudiləşdirilməsi siyasətinə qanuni don geydirmək istəyir. Halbuki, İsrail rejiminin bütün qanunları irqçilik və ayrı-seçkilik əsasındadır.

1 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta