Qətər baş naziri: Ali-Səud rejimini devirəcəyik
49, Moscow, Rusija

Qətər baş naziri: Ali-Səud rejimini devirəcəyik
(Səhər TV)-Qətərin baş naziri yenilərdə ifşa olunmuş gizli bir danışıqda bildirib ki, Ali-Səud rejimi Qətər tərəfindən devriləcək.

Əl-Aləm telekanalının məlumatına görə, Şeyx Həməd Bin Casim Bin Cübəir Ali-Sani internet səhifəsində yayımlanan gizli danışıqda deyib: Ali-Səud rejimi şübhəsiz Qətər tərəfindən devriləcək və Qətər bir gün əl-Qətif və əl-Şərqiyyə məntəqəsinə daxil olacaq və Ərəbistan bölünəcək.

"Ali-Səud rejimi çürümüş və dağılmışdır və bu ölkənin kralı Abdulla Bin Əbdüləziz zəifləyib.Ərəbistan ordusunun dəyişikliyi üçün heç bir ümid yoxdur" -deyə Qətərin baş naziri bildirib.

Şeyx Həməd qeyd edib ki, ABŞ və İngiltərə Ərəbistanın vəziyyəti barəsində məlumat istəyiblər və Ali-Səud rejiminin buraxılması və onun devrilməsi üçün öz qərarlarından xəbər veriblər. Lakin Vaşinqton və London eyni zamanda islamçıların hökumətindən qorxurlar.

Qətərin baş nazirinin sözlərinə görə, buna görə də Qətər bu vəziyyətdən istifadə edərək bacarıb ki, Ərəbistandan imtiyaz alsın və ABŞ-ın bazaları Qətərə köçürülsün.

Şeyx Həməd deyib: Qətər habelə bacarıb ki, Ərəbistanın müstəmləkəçiliyini tədricən azaltsın və özünü ərəb regionuna diktə etsin.

Şeyx Həməd habelə Qəzzafi ilə müzakirəsində demişdi ki, Qətər Ərəbistana iqtisadi və siyasi sahədə zərbə vurmaq ardıncadır və tezliklə bu ölkədə xalq inqilabı baş verəcək

1 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta