22.12.11 12:40
Azərbaycan vilayətlərinin o cümlədən Ərdəbil, Təbriz və Urmiyə
vilayətlərinin İran İslam Şurası Məclisindəki nümayəndələri bir layihə
hazırlayıblar ki, ona əsasən Azərbaycan rəsmilərinin Münafiqlər və
əksinqilabçılara sığınacaq verəcəkləri təqdirdə, İslam Şurası Məclisində
rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrinin araşdırılmasına start
veriləcək.
İslam Şurası Məclisində belə bir layihənin araşdırılması
xəbərini Urmiyə əhalisinin parlamentdəki nümayəndəsi verib. Nadir
Qazipur Bakının anti-İran hərəkətlərinə və Bakı rəsmilərinin Münafiqlər
və əks-inqilabçılara sığınacaq vermək üzrə səylərinə işarə edərək,
deyib: İran Azərbaycanı istənilən anti-İran və əks-inqilabçı hərəkətlər
qarşısında müqavimət göstərəcək.
Qazipur əlavə edib: Azərbaycan
Respublikası bir neçə ildir ki, zahirdə müstəqil olub. Və əgər rüsvayçı
Gülüstan və Türkmənçay müqavilələrini yenidən araşdırsaq, Azərbaycan
ərazisi İslami İrana aiddir. Lakin, indiyə kimi sükut etməyimizin səbəbi
Azərbaycan Respublikasının müsəlman xalqına görə olub. Rüsvayçı
Türkmənçay müqaviləsi 1828-ci ilin əvvəllərində rusların İrana hücum
etməsinin ardınca ləyaqətsiz Qacar şahlarından birinin yəni, Fətəli Şah
Qacarın hakimiyyəti dövründə İrana qəbul etdirildi. Bu müqavilə əsasında
İranın Qafqazdakı əraziləri o cümlədən İrəvan və Naxçıvan xanlıqları
Rusiyaya verildi. Və İran məcburi şəkildə Mazandaran dənizində gəmiçilik
haqqını itirmiş oldu. Həmçinin, Rusiyaya 10 kror tümən pul ödəməyə
məcbur edildi.
Elə bu müqaviləyə əsasən Rusiya Qacar sülaləsindən
olan vəliəhd Abbas Mirzənin şahlığını müdafiə edəcəyi haqda üzərinə
öhdəlik götürdü. Tarixi sənədlərdən aydın olur ki, hicri qəməri tarixi
ilə 1310-cu il zihəccə ayının 23-də yəni Nasirəddin Şahın terror
edilməsindən 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr
bir-biriləri ilə müzakirə apararaq, sonda Türkmənçay müqaviləsinin bir
çox bəndlərini ləğv etdilər. Bir neçə səhifədən ibarət olan bu anlaşma
heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu
sənədin tezliklə Gülüstan Saray Muzeyində təqdimatı olacaq.
Qazipur
azərbaycanlılar və azərilərin İslami İranın bir qarış torpağını belə
bütün dünyaya dəyişməyə hazır olmadıqlarını vurğulayaraq, deyib: İslami
İran azərilərinin Azərbaycan rəsmilərinin fitnələrinə cavabı proqnoz
ediləsi olmayacaq. Buna görə də, Azərbaycan rəsmilərinə tövsiyə edirəm
ki, özlərini hörmətdən salmasınlar və bundan artıq anti-İran və
anti-İslam fitnələrdə iştiraka malik olmasınlar.
Urmiyə əhalisinin
İran İslam Şurası Məclisindəki nümayəndəsi Bakının İrana qarşı
hərəkətlərinin səbəbləri haqda isə dedi: ABŞ və İsrail rejimi Azərbaycan
xalqının vahid xalq və şiə olmasına görə, Bakı-Tehran əlaqələrinin
genişlənməsindən qorxurlar. Buna görə də, bu ölkə hakimiyyətində malik
olduqları nüfuzdan istifadə edərək, İrana qarşı siyasi şantajlara əl
atırlar və Azərbaycana öz islami potensialından müsəlman dünyası və
İslam Ümməti üçün istifadə etməsinə imkan vermirlər.
O, əlavə edib:
ABŞ və İsrail rejimi çalışırlar ki, Qərb təfəkkürünün təsiri altına
düşmüş Azərbaycan hökuməti mümkün olduğu qədər İran ilə əlaqələrə malik
olmasın. Və 2 ölkə arasındakı dostluq körpüsü uçurulsun.
Deputat
Bakı rəsmilərinə tövsiyə edib ki, öz rəftarlarında ayıq olsunlar və
dostların seçilməsində diqqətli rəftar etsinlər. Çünki, bundan öncə ABŞ
və İsrailin kənarında olan dövlətlər o cümlədən Misir, Liviya və Tunis
indi məhv olublar.
O, sözlərinin davamında vurğuladı: İndi Amerika
regionda öz mövqeyini belə müəyyənləşdirməyə qadir deyil. Onda qalmışdı 2
qonşu ölkənin münasibətlərinə müdaxilə edə. Buna görə də
azərbaycanlılar İranın mövqeyini və təsirli diplomatiyasının qüdrətini
dərk etməlidirlər. Və bilməlidirlər ki, bu gün dünya İrana və İranın
sülhsevər dostluq düşüncəsinə təslim olub.
İran İslam Şurası
Məclisinin üzvü əlavə edib: Yaxın Şərq ölkələrindəki İslami Oyanışı
nəzərə alaraq, Amerika qorxur ki, məbada Azərbaycan da İrana olan
tərəfkeşliyini İslami Oyanış formatında nümayiş etdirsin. Buna görə də,
çalışır ki, İran-Azərbaycan əlaqələrinə zərbə vursun.
Millət Vəkili
hüquqi baxımdan Türkmənçay müqaviləsinin araşdırılması imkanı ilə bağlı
sualın cavabında deyib: Biz keçmişə qayıtmaq və İranın hansı hüquqlara
malik olduğunu demək istəmirik. Lakin, keçmişdə İrana hakim kəsilmiş
zalım rejimlər tərəfindən bəzi müqavilələr İrana qəbul etdirilib ki, bu
müqavilələrdə İran xalqının bir çox haqq və hüququ qarşılıqsız şəkildə
digər ölkələrə təqdim edilib.
O, daha sonra dedi: Əgər Azərbaycan
Respublikası İran ərazisinə qarşı torpaq iddiasında olarsa, bunu
unutmamalıdır ki, İran İslam Respublikası öz qanuni hüquqları
çərçivəsində onlardan daha çox iddiaya malikdir və millət vəkilləri elə
işlər görə bilərlər ki, onlar öz səhvlərini başa düşsünlər.
İran
parlamentinin üzvü belə bir layihənin İslam Şurası Məclisində
araşdırılması məsələsinə gəlincə isə deyib: Rəsmi Bakı son bir neçə ayda
bir çox böyük səhvlərə yol verib. Bu səhvlərdən biri bir neçə həftə
öncə iranlı jurnalisti Azərbaycan Respublikası ərazisindən çıxartması
olub.
İranlı millət vəkili Bakının digər səhvini Azərbaycan
Respublikası hökuməti tərəfindən İmam Hüseyn(ə) əzadarları tərəfindən
matəm mərasimlərinin keçirilməsinə məhdudiyyətlərin tətbiq edilməsi
adlandırıb və deyib: Bu səylərlə yanaşı, Azərbaycan Respublikası
hökuməti münafiqlərə bu ölkənin sərhəd məntəqələrində sığınacaq vermək
niyyətindədir. Bu yolla İran İslam Respublikası qarşısındakı
inadkarlığını nümayiş etdirmək istəyir.
O, rəsmi Bakının digər
səhvlərindən birini İran vətəndaşlarının Azərbaycana səfərlərini
məhdudlaşdırması adlandırıb və deyib: Keçmişdə bu kimi hərəkətlərə rast
gəlinmirdi. İndi isə, Azərbaycan Qərbin siyasətləri çərçivəsində İran
qarşısında bu kimi mövqe sərgiləyir.
İran İslam Şurası Məclisinin
hüquq və məhkəmə işləri komissiyasının üzvü bu layihənin preventivliyi
haqda isə deyib: Bu layihə hazırda mütaliə mərhələsindədir və hələ ki,
bu istiqamətdə heç bir addım atılmayıb. Lakin, Azərbaycan Respublikası
hökuməti öz rəftarlarına düzəliş etməsə, millət vəkilləri bu məsələni
izləməyə çalışacaqlar.
O, sonda bildirdi ki, İranın indiyə kimi bu
istiqamətdə hər-hansı bir addım atmamasının səbəbi ondan ibarətdir ki,
İran daim beynəlxalq əlaqələrdə və xüsusilə qonşu ölkələrlə
münasibətlərində dostluq, sülh və saziş əsasında rəftara malik olub.
İndi də, İran keçmişdə nələrin baş verdiyi ardınca deyil. Amma, bu arada
bir məsələyə diqqət göstərmək lazımdır. O da bundan ibarətdir ki, əgər
Azərbaycan Respublikası hökuməti qondarma iddialardan əl çəkməsə, bizdə
onlar üçün diqqətəlayiq cavab var.
Tarixi sənədlərdən aydın olur ki, hicri qəməri tarixi ilə 1310-cu il zihəccə ayının 23-də yəni Nasirəddin Şahın terror edilməsindən 3 il öncə İranın o zamankı şahı və çar 3-cü Aleksandr bir-biriləri ilə müzakirə apararaq, sonda Türkmənçay müqaviləsinin bir çox bəndlərini ləğv etdilər. Bir neçə səhifədən ibarət olan bu anlaşma heç bir ada malik deyil və tarixdə onun barəsində çox az məlumat var. Bu sənədin tezliklə Gülüstan Saray Muzeyində təqdimatı olacaq.
BU SENED NIYE BIZE AZERBAYCAN TARIXINDE OYREDILMEYIB?NEDEN BEHS EDIR?