Seyid Həsən Nəsrullah: Suriya müqavimətin dayağıdır
49, Moscow, Rusija

Livan Hizbullahının baş katibi 33 günlük müharibədə zəfər çalmalarının ildönümü münasibətilə çıxış edərək 6 ilin keçməsinə rəğmən sionist rejimin hələ də 33 günlük müharibənin şokundan çıxa bilmədiyini söyləyib.

Seyid Həsən Nəsrullah həmçinin Suriyanın müqavimətin böyük himayəçisi və dayağı olduğunu da önə çəkib.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah çərşənbə günü etdiyi çıxışı zamanı deyib:"İsrail 33 günlük müharibənin ildönümündə hələ də bu müharibədəki məğlubiyyətindən yaranan şok vəziyyətini yaşamaqdadır".

Livan Hizbullahının baş katibi müharibə zamanı sionist İsrail rejiminin casusluq təşkilatı Mossadın o zamankı sədri Mer Daqanın "Bu müharibə İsrail üçün bir müsibət idi və İsrail çox ağır bir zərbəyə məruz qaldı" cümləsini bəyan edərək deyib:" İsrail indiyə qədər bu dərəcədə alçaq vəziyyətə düşməmişdi".


Sionistlərin hələ də bataqlıqda olduqlarına və özlərini xilas edə bilmədiklərinə toxunan Seyid Həsən Nəsrullah sonra deyib: "33 günlük müharibənin başlanması zaman sionistlər ən qısa zamanda müqaviməti məhv edəcəklərini təsəvvür edirdilər, amma müqavimət qeyri-qanuni İsrail rejiminə elə bir möhkəm və dəhşətli zərbə endirdi ki, sionist rejiminin başçıları bu zərbəni heç vaxt unutmayacaqlar".

Seyid Həsən Nəsrullah öz çıxışının davamında həmçinin deyib: "Müqavimət çoxlu hərbi və təhlükəsizlik qabiliyyətlərinə malikdir və sionist rejim heç vaxt müqaviməti problemlə üzləşdirə bilməyəcək. Çünki sionistlər tərəfindən hər cür təcavüzkarlıq müqavimət döyüşçülərinin məhv edici cavabı ilə üzləşəcəkdir".

Livan Hizbullahının baş katibi sonra deyib: "Sioniust və amerikanlar 33 günlük müharibəni bunun üçün başlatdılar ki, Livanda müqaviməti məğlubiyyətə uğratmaqla regionun ən mühüm hərəkatlarından birini, nəhayət isə Fələstin məsələsinə və ərəb ərazilərinin geri alınmasına bağlı olan regionda müqavimətin mehvərini məhv etsinlər".

Seyid Həsən Nəsrullah öz sözlərinin başqa bir hissəsində Livan xalqı və qüvvələrini dini və etnik zəmində təfriqələrdən uzaq olmağa çağıraraq deyib: "Livan həmrəylik və birliyə ehtiyaclıdır. Livan xalqı düşmənlərə xalqı təhrik etməklə Livanın stabilsizliyə doğru sürüklənməsinə icazə verməməlidirlər".

İsrail və Amerikanın müqaviməti məhv etməklə müharibəni Suriyaya doğru istiqamətləndirmək istədiklərini bildirən Livan Hizbullahının baş katibi sonra deyib: "Suriya regionda müqavimətin himayəçisidir. Buna görə də düşmənlər Bəşşar Əsəd hakimiyyətini devirib Suriyanı məhv etməklə Suriyanın Amerika və İsrailin planları qarşısında baş əyməsinə səbəb olmağa çalışırdılar".

Seyid Həsən Nəsrullah Suriyadakı cari vəziyyətə də toxunub.

"Suriya Fələstin və Livan Müqavimətini himayə etməyin bədəlini ödəyir"-deyə Nəsrullah qeyd edib.

Livan Hizbullahının baş katibi sonra deyib: "Ərəb rejimlərinin var-dövlət yığdıqları zaman Suriya başçıları Fələstin və Livan müqavimətini himayə edirdilər".

Dəməşq partlayışı və Suriyanın bəzi ordu və təhlükəsizlik qüvvələrindən bir qrupunun həlak olmalarının Suriyanın siyasi atmosferini problemlə üzləşdirə bilməyəcəyinə təkid edən Nəsrullah sonra deyib: "Suriya ordusu böyük komandirlərə malikdir ki, ölkənin taleyini əllərində saxlayıb, düşmənlərin ümidlərini ümidsizliyə çevirə bilərlər".

Livan Hizbullahının lideri öz çıxışının davamında Suriya ordusunun sütunlarının sionistlər və amerikanlar tərəfindən hədəf tutulduğunu bildirərək deyib: "Livan Hizbullahı Suriya hökuməti, xalqı və ordusunun qorunmasına və hazırkı böhranın yeganə həll yolunun isə siyasi dialoqlar olduğunu inanır".

Qərb tərəfindən İranın sanksiyalara məruz edilməsinə də işarə edən Nəsrullah sonra deyib: "Amerika və qərb İrana qarşı əllərindən gələn işi həyata keçirdilər, amma İran hazırda o qədər güclüdür ki, heç bir xarici qüdrət onlunla qarşılaşma gücünə malik deyildir".

15 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta