İslam İnqilabının Böyük Rəhbəri: Fələstini bölmək üçün olan hər bir layihə rədd olunur
49, Moscow, Rusija

İslam İnqilabının Böyük Rəhbəri: Fələstini bölmək üçün olan hər bir layihə rədd olunur
Fələstini bölmək istəyən hər bir layihənin tamamilə rədd olunduğunu bəyan edən İslam İnqilabının Böyük Rəhbəri buyurublar: " Fələstin dövlətinin BMT-yə üzvlüyə qəbul edilməsi" tərəfinə haqq libası geyindirilmiş iki dövlət layihəsi sionistlərin tələbinə razılaşmaqdan yəni "Fələstin torpağında sionist dövlətini qəbul etməkdən" başqa bir şey deyildir.

5-ci Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransda bu gün səfirlər, müsəlman ölkələrin parlament sədrləri, müxtəlif dünya ölkələrinin alim və mütəfəkkirləri və islam ölkələrinin tanınmış şəxsiyyətlərinin qarşısında Müsəlmanların Vəliyyi-Əmri Həzrət Ayətullahülüzma Xamenei regionun vəziyyəti, Fələstin ölkəsinin şəraiti və qərb və sionizmin region xalqlarına qarşı fitnələri barəsində önəmli bəyanatlar veriblər.

İslam İnqilabının Böyük Rəhbərinin bəyanatının tam mətni belədir:
Bismillahir-rəhmanir-rəhim
Əssəlamu Ələykum və Rəhmətullah
الحمدلله رب‌ العالمین و الصلاة و السلام علی سیدنا محمد و آله الطاهرین و صحبه المنتجبین و علی من تبعهم باحسانٍ الی یوم الدین.
قال الله الحکیم: أُذِنَ لِلَّذِینَ یقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللهَ عَلَى نَصْرِهِمْ لَقَدِیرٌ ﴿٣٩﴾ الَّذِینَ أُخْرِجُوا مِن دِیارِهِمْ بِغَیرِ حَقٍّ إِلَّا أَن یقُولُوا رَبُّنَا اللهُ وَلَوْلَا دَفْعُ اللهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِیعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ یذْکرُ فِیهَا اسْمُ اللهِ کثِیرًا وَلَینصُرَنَّ اللهُ مَن ینصُرُهُ إِنَّ اللهَ لَقَوِی عَزِیزٌ ﴿٤٠﴾

Əziz qonaqlara və hörmətli iştirakçılara "Xoş gəlmişsiniz" deyirəm. İslam dünyasının siyasi və dini mütəfəkkirlərinin araşdırmalı olduqları məsələlər arasında xüsusi önəmə malik olanı Fələstin məsələsidir. Fələstin məsələsi ilk öncə islam ölkələrinin müştərək mövzuları arasında ən önəmlidir. Bu məsələdə özünəməxsus xüsusiyyətlər mövcuddur:
1-ci: Bir müsəlman ölkə onun xalqından qəsb olunaraq müxtəlif ölkələrdən toplanan, saxta və mozaik şəkildə qruplaşan əcnəbilərə tapşırılıb.

2-ci: Tarixdə misli görünməmiş bu hadisə mütəmadi şəkildə kütləvi qırğın, cinayət, zülm və hörmətsizliklə həyata keçirilib.

3-cü: Müsəlmanların ilk qibləsi və bu ölkədəki bir çox müqəddəs dini mərkəz dağıdılır, bu mərkəzlərə hörmətsizlik edilir.

4-cü: Bu saxta ictimaiyyət və dövlət islam dünyasının ən həssas nöqtəsində əvvəldən indiyə qədər imperialist dövlətlər üçün hərbi, təhlükəsizlik və siyasi bir baza rolunu oynayıb və müxtəlif səbəblərə görə qərbin müstəmləkəçiliyinin mehvəri islam ölkələrinin inkişafı və birliyinin düşmənidir.

5-ci: Sionizm bəşər ictimaiyyəti üçün böyük əxlaqi, siyasi və iqtisadi təhlükədir. Bu ayaq yerini dünyada öz nüfuzunu genişləndirmək üçün vasitə edib.

Bununla əlaqədar bir çox məsələləri qeyd etmək olar: İslam ölkələrinin indiyə qədər ödədikləri ağır maliyyə və insani xərclər, müsəlman xalqlar və hökumətləri zehni cəhətdən məşğul etmək, bir çoxu 6 on ildən sonra hələ də düşərgələrdə yaşayan milyonlarla fələstinli qaçqının əzabı, islam dünyasında önəmli sivilizasiya mərkəzinin tarixinin kəsilməsi və ....

Hazırda bu səbəblər əsaslı və önəmli bir məsələni də əlavə edib və o da islami oyanış məktəbidir. Regionu bürüyüb və islam ümmətinin taleyində təyinedici bir fəsil açıb. Bu böyük hərəkət şübhəsiz dünyanın həssas nöqtəsində islamın inkişafı və iqtidarı üçün toplu yarada bilər. Allahın istəyi və qüvvəsi, bu məktəb öncüllərinin ciddi əzmkarlığı ilə geridə qalma dövrünə və müsəlman xalqların həqarəti və zəifliyinə son qoyulacaq və öz qəhrəmanlıq və qüvvəsinin önəmli hissəsini Fələstin məsələsində işlədəcək.

Sionist rejimin günü-gündən artan zülm və zorakılığı və bəzi müstəbid, korrupsiyaçı və muzdlu hakimlərin ABŞ-la müttəfiqliyi bir tərəfdən, Fələstin, Livanın uğurlu müqaviməti və 33 günlük Livan və 22 günlük Qəzzə müharibəsində mömin gənclərin möcüzəli qələbələri digər tərəfdən, önəmli amillərdən idi ki, Misir, Tunis, Liviya və regionun digər ölkələrində zahirdə sakit görünən okeanı təlatümə gətirdi.

Bu bir həqiqətdir ki, təpədən-dırnağa qədər silahlanmış və məğlubedilməz iddiasında olan sionist rejim Livanda qeyri-bərabər döyüşdə mömin və şücaətli mücahidlərdən utanc və zillət-gətirici bir məğlubiyyət aldı və ondan sonra Qəzzənin məzlum eyni zamanda polad müqaviməti qarşısında öz qılıncını sınadı və nakam qaldı.

Bunlar regionun hazırkı vəziyyətinin təhlili barəsində ciddi şəkildə nəzərlə alınmalı və çıxarılan hər bir qərar onunla uyğunlaşmalıdır.

Deməli Fələstin məsələsində dəqiq qərar çıxarma hazırda daha ciddi və əhəmiyyətlidir və Fələstin xalqının hüququ var ki, regionun hazırkı vəziyyətində müsəlman ölkələrindən daha artıq gözləntisi olsun.

Keçmişə və indiki zamana nəzər salaq və gələcək üçün bir xəritə yaradaq. Mən məsələlərin başlıqlarını sizinlə paylaşıram.

Fələstinin qəsbi faciəsindən 60 ildir ki, keçir. Bu qanlı faciənin əsas amillərinin hamısı tanınıblar və İngiltərənin müstəmləkəçi hökuməti onların başındadır. Belə ki, onun siyasəti, silahı və hərbi qüvvəsi, təhlükəsizlik, iqtisadi və mədəni vasitələri işə düşdü, sonra qərb və şərqin imperialist dövlətləri bu böyük zülmə xidmət etdilər. Pənahsız Fələstin xalqı rəhmsiz işğalçıların caynağında qırğın olundu, ev-eşiklərindən didərgin düşdü. Bu günə qədər hələ sivilizasiya və əxlaq iddiaçılarının əlində indiyə qədər insani və hüquqi faciənin bir faizi belə lentə alınmayıb və media vasitələri ilə yayımlanmayıb. Televiziya, kino və digər görüntü vasitələrinin əsas ağaları və qərbin kinoçəkmə mafiyaları bunu istəməmiş və ona icazə verməmişlər. Bir xalq sükutda, qırğın olunur və ev-eşiklərindən didərgin salınır.

İşin əvvəlində bir sıra müqavimətlə yarandı ki, onlar kəskin şəkildə məhv edildi. Fələstin sərhədlərindən kənar, xüsusilə də Misirdən islamçı insanlar çalışdılar, lakin onlara lazımi dəstək olması və səhnədə təsir qoya bilmədilər.

Ondan sonra növbə bir neçə ərəb ölkəsi ilə sionist ordusu arasında rəsmi və klassik döyüşlərinə çatdı. Misir, Suriya və İordaniya öz hərbi qüvvələrini səhnəyə daxil etdilər. Lakin ABŞ, İngiltərə və Fransa tərəfindən qəsbkar rejimə sonsuz və külli miqdarda hərbi və digər təchizat köməyin olunması ərəb ordularını nakam qoydu. Onlar Fələstin xalqına kömək edə bilməməkdən əlavə, öz torpaqlarının önəmli hissələrini də bu müharibələrdə əldən verdilər.

Fələstinlə qonşu ərəb dövlətlərinin gücsüzlüyü aşkar olunmaqla Fələstin silahlı qruplar çərçivəsində tədricən müqavimət özülləri təşkil olundu və onların toplanması ilə Fələstin Azadlığı Təşkilatı təsis olundu.

Bu ümid çırağı idi ki, yaxşıca parladı. Lakin uzun çəkmədi ki, söndü. Bu uğursuzluqda bir çox səbəbləri görmək olar. Lakin əsas səbəbi onların xalqdan və xalqın islami iman və inamından uzaq olması idi.
Solçu ideologiya və yaxud naturalistlərin hissləri Fələstinin dolaşıq və çətin məsələsinə ehtiyaclı bir şey deyildi. Xalqı müqavimət meydanına gətirəcək və onları məğlubedilməz qüvvə edəcək məsələ islam, cihad və şəhadət idi. Onlar bunu düzgün dərk etmədilər.

Mən Böyük İslam İnqilabının ilk aylarında yenicə ruhiyyə əldə etmiş Azadlıq Təşkilatı rəhbərlərinin Tehrana dəfələrlə gedib-gəldikləri zaman bu təşkilatın üzvlərinin birindən soruşdum: Çünki islam bayrağını öz haqlı mübarizənizdə qaldırmırsınız. Onun cavabı bu idi ki, bizim aramızda bəziləri xristiandır. Bu şəxs sonralar bir ərəb ölkəsində sionistlər tərəfindən terror olundu və həlak oldu. İnşallah ilahi bağışlamaya şamil olar. Lakin bu sübut eyiblidir və tam deyil.

Fikrimcə, bir mömin xristian mübariz imansız qrupun kənarında və möhkəm olmayan hisslərə söykənməklə xalqın sədaqətli dəstəyindən uzaq qalması ilə müqayisədə Allaha, qiyamətə iman və ilahi köməyə ümidlə sədaqətlə döyüşən və xalqının maddi və mənəvi cəhətdən dəstəyinə malik olan fədakar mücahid toplusunun kənarında mübarizə üçün daha artıq maraq əldə etməsi daha yaxşıdır.

Həqiqi dini imanın və xalqla əlaqənin olmaması, onları yavaş-yavaş zəiflətdi və təsirsiz etdi. Əlbəttə onların arasında şərafətli, maraqlı və qeyrətli kişilər də var idi. Lakin ümumilikdə təşkilata bir yerə çata bilmədi. Onların yayınmaları Fələstin məsələsinə zərbə vurdu və hələ də vurur. Onlar da bəzi xəyanətkar ərəb dövlətləri kimi Fələstinin xilasının yeganə yolu olan müqavimət amalına arxa çevirdilər. Əlbəttə təkcə Fələstinə deyil, özlərinə də böyük zərbə vurdular.

Xristian ərəb şairinin dediyi kimi:
لئن اضعتم فلسطیناً فعیشکم طول الحیاة مضاضات و آلامٌ

32 il bu xəcalətli ömürdən beləcə keçdi...Lakin qəfildən ilahi əl səhifəni qaytardı. İslam İnqilabının 1979-cu ildə qələbə çalması bu məntəqənin vəziyyətini alt-üst elədi və yeni bir səhifə açdı. Bu inqilabın beynəlxalq möcüzəli təsirləri və imperializm siyasətlərinə dərin və kəskin zərbələri arasında hamıdan daha sürətli və açıq sionist rejiminə idi.

Sionist rejim başçılarının həmin günlərdəki açıqlamaları oxumalı və onların iztirablı və qara günlərindən söz açır. Qələbənin ilk həftələrində Tehranda İsrailin saxta hökumət səfirliyi bağlandı və onun işçiləri qovuldular və o məkan rəsmən olaraq Fələstin Azadlığı Təşkilatının nümayəndəliyinə verildi. Bu günə qədər həmin məkan bu təşkilata aiddir. İmamımız bildirdi ki, bu inqilabın məqsədlərindən biri Fələstin torpaqlarının azadlığı və İsrail xərçəng şişini kəsməkdir. Bu inqilabın qüdrətli dalğaları bu gün bütün dünyanı tutub, hər yerə gedib və bu müraciətlə: Fələstin azad olunmalıdır.

İnqilab düşmənləri mütəmadi və böyük problemləri İran İslam Respublikası quruluşuna qəbul etdirdilər. Onun biri ABŞ, İngiltərə və mürtəce ərəb rejimlərinin dəstəyi ilə Səddam Hüseyn rejiminin 8 illik müharibəsi idi. Belə ki, yenə də İslam Respublikasını Fələstini müdafiə marağından çəkindirə bilmədi.

Beləliklə Fələstinin damarlarında yeni qan hərəkətə gəldi. Müsəlman mücahid Fələstin qrupları baş qaldırdı. Livanın müqaviməti düşmən və himayədarları qarşısında güclü və yeni cəbhə açıldı. Fələstin ərəb dövlətlərinə söykənmək və imperialist dövlətlərin cinayətinə şərik olan BMT kimi beynəlxalq dairələrə doğru əl açmaq yerinə öz gənclərinə, öz isalmi dəyərlərinə və öz fədakar qadın və kişilərinə söykənməlidir.

Bu, bütün uğur və qələbələrin açarıdır.

Ötən 30 ildə bu gediş günü-gündən inkişaf edib və artıb. Sionist rejimin 2006-cı ildə Livandakı zillətli məğlubiyyəti, 2008-ci ildə Qəzədə iddialı ordusunun gülünc uğursuzluğu, Livanın cənubundan qaçmaq və Qəzzədən geri çəkinmək, Qəzzədə müqavimət hökumətinin təşkil olunması, Fələstin xalqının çarəsiz və naümid insanlardan ümidvar, müqavimətli və etimada malik xalqa çevrilməsi son 30 ilin bariz nümunəsidir.

Bu ümumi və icmal görüntü o zaman tamamlanacaq ki, müqaviməti söndürmək və fələstinli qruplar və ərəb dövlətlərindən İsrailin qanuniliyi üçün etiraf almaq məqsədi olan xəyanətkar və sazişçi hərəkətlər açıq şəkildə görünsün.

Başlanğıcı xain canişin və yaramaz Camal Əbdülnasirin əli ilə utandırıcı Kemp Deyvid sazişində baş verən bu hərəkətlər həmişə istəyib ki, müqavimətin polad əzmində yumşaldıcı rolu oynasın. Kemp Deyvid sazişində ilk dəfə olaraq bir ərəb dövləti rəsmən Fələstin İslam torpağının sionistlərin olmasına etiraf etdi və aşağısında "İsrail, yəhudilərin milli evi" yazılan yazını imzaladı.

Ondan sonra 1993-cü ildə Oslo müqaviləsi, sonra isə ABŞ və Avropanın müstəmləkəçi ölkələrinin meydan sulamaları ilə layihələrin təkmilləşməsi sazişçi qruplar və fələstinlilərin üzərinə qoyuldu. Düşmənin bütün səyi bu idi ki, puç və aldadıcı vədləri ilə Fələstin xalqı və qruplarını müqavimət seçimindən uzaqlaşdırsın və siyasət meydanında naşı oyuna məşğul etsin.

Bütün bu müqavilələrin etibarsızlığı tez bir zamanda aşkar oldu və sionistlər və onların hamiləri dəfələrlə bu müqavilələrə dəyərsiz yazılı kağız parçaları kimi baxdıqlarını göstərdilər. Bu layihələrdə məqsəd fələstinlilərdə ikilik yaratmaq və imansız və dünyəviçi şəxsləri tamaha salmaq və islami müqavimət hərəkətini yerə yıxmaq idi.

Bütün bu xəyanətkar oyunların dərmanı islami qruplarda və Fələstin xalqında müqavimət ruhiyyəsidir. Onlar Allahın izni ilə düşmən qarşısında durublar. Necə ki, Allah vəd edib " وَلَینصُرَنَّ اللهُ مَن ینصُرُهُ ، إِنَّ اللهَ لَقَوِی عَزِیزٌ " İlahi köməkdən yararlandılar. Qəzzənin tam mühasirənin mövcud olmasına baxmayaraq, müqaviməti ilahi kömək idi; Xain və korrupsiyaçı Hüsnü Mübarək rejiminin süqutu ilahi kömək idi; Regionda qüdrətli islami oyanış dalğasının yaranması ilahi kömək idi; ABŞ, İngiltərə və Fransanın üzündəki zinətli nifaq pərdəsinin düşməsi və region xalqlarının onlara qarşı günü-gündən artan nifrəti ilahi kömək idi; sionist rejimin ardıcıl və saysız problemləri, daxili iqtisadi, siyasi və ictimai problemlərdən tutmuş beynəlxalq təcrid, ümumi nifrət və hətta Avropa Universitetlərinin nifrətinə səbəb olması hamısı ilahi köməyin təcəssümdür.

Bu gün sionist rejim həmişəkindən daha mənfur, daha zəif və daha təcriddə qalıb və əsas hamisi ABŞ həmişəkindən daha problemli və çaşqındır.

Hazırda ötən 6 on ildə Fələstinin ümumi səhifəsi bizim gözümüzün önündədir. Gələcəyi ona baxaraq və ondan ibrət götürərək tənzimləmək lazımdır.

İki məsələni öncədən açıqlamaq lazımdır:

1-ci: Bizim müddəamız, Fələstinin bir hissəsinin deyil, bütün Fələstinin azadlığıdır. Fələstini böləcək hər bir layihə əvvəlindən rədd olunur. "BMT-yə üzvlüyə Fələstin dövlətinin qəbul olunması" tərəfinə libas haqqını geyindirən iki dövlət layihəsi sionistlərin istəyi ilə razılaşmaqdan, yəni Fələstin diyarında sionist dövlətinin qəbulundan başqa bir şey deyildir. Bu, Fələstin xalqının haqqını tapdalamaq, fələstinli didərginlərin tarixi haqlarını görməməzliyə vurmaq, hətta 1948-ci ildəki ərazilərdə yaşayan fələstinlilərin haqqını təhdid etməkdir. Xərçəng şişinin qalması və islam ümmətinə, xüsusilə də region xalqlarına daimi təhdid olması mənasındadır. On illərlə olan əzab-əziyyətin təkrarlanması və şəhidlərin qanının tapdalanması deməkdir.

Hər bir icra olunacaq layihə bu əsasa: "Bütün Fələstin bütün Fələstin xalqı üçün olmalıdır", Fələstin bir qarış da az olmadan "çaydan-dağa qədər"dir. Əlbəttə bu məsələni gözdən qaçırmaq olmaz ki, Fələstin xalqı Qəzzədə həyata keçirdiyi kimi, Fələstin torpağının hər bir hissəsini öz seçilmiş hökumətinin vasitəsi ilə azad edə bilər, onun idarə olunmasını üzərinə götürə bilər. Lakin heç vaxt yekun məqsəd unudulmamalıdır.

2-ci: Bu yüksək məqsədə çatmaq üçün söz deyil, iş görmək lazımdır. Formal işlər deyil, ciddi olmaq lazımdır. Səbirsiz rəftarlarla deyil, səbir və tədbir lazımdır. Uzaq üfüqlərə baxmaq lazımdır və addım-addım ciddilik, təvəkkül və ümidlə irəliləmək lazımdır. Müsəlman dövlət və xalqlar, Fələstində, Livanda və digər ölkələrdə müqavimət qrupları bu yekdil hərəkətdə öz rolunu və payını tanıya bilər və Allahın izni ilə müqavimətin sırasını möhkəmlədə bilərlər.

Fələstin məsələsinin həlli, bu köhnə yaranı sağaltmaq üçün İslam Respublikasının layihəsi aydın, məntiqli və beynəlxalq ümumi fikirdə qəbul olunmuş siyasi ürfə uyğundur. Bu layihə öncədən təfsilatı ilə açıqlanıb. Biz nə islam ölkələri ordularına klassik müharibəni təklif edirik, nə mühacir yəhudiləri dənisə tökməyi və nə də ki, BMT və digər beynəlxalq təşkilatların hakimliyini təklif edirik. Biz Fələstin xalqının referendumunu təklif edirik. Fələstin xalqı da digər hər bir xalq kimi öz taleyini təyin etməyə və öz ölkəsinə hakim quruluşu seçməyə haqqı var.

Fələstinin bütün xalqı, əcnəbi mühacirlər olmamaq şərti ilə müsəlman, xristian, yəhudi Fələstində, düşərgələrdə və yaxud hər bir yerdə yaşayan xalq bir ümumi və inzibatı olan referendumda iştirak etməlidir və Fələstinin gələcək quruluşunu təyin etməlidir. O quruluş və onun yaratdığı hökumət yerləşdikdən sonra uzun illər bu ölkəyə köçən qeyri-fələstinli mühacirlərin vəziyyətini müəyyənləşdirəcək. Bu ədalətli və məntiqli bir layihədir. Beynəlxalq ümumi fikir onu düzgün dərk edir və müstəqil xalq və dövlətlərin himayəsindən yararlana bilər.

Əlbəttə qəsbkar sionistlərin asanlıqla onunla razılaşacağını gözləmirik və bu məqamda dövlətlər, xalqlar və müqavimət təşkilatlarının rolu formalaşır və məna tapır.

Fələstin xalqını dəstəyin önəmli əsası qəsbkar düşmənin dəstəyini kəsməkdir və bu islam dövlətlərinin böyük vəzifəsidir. Hazırda xalqların meydana gəlməsi və onların sionist rejiminə qarşı qüdrətli şüarlar verməsindən sonra müsəlman dövlətlər hansı məntiqə əsasən qəsbkar rejimlə öz əlaqələrini davam etdirirlər? Fələstin xalqının tərəfdarı olmağında müsəlman dövlətlərinin sədaqət sənədi onların bu rejimlə açıq və gizli siyasi və iqtisadi münasibətlərini dayandırmasıdır.

Sionistlərin səfirlikləri və yaxud iqtisadi bürolarına ev sahibliyi edən hökumətlər Fələstinin müdafiəsi iddiasında ola bilməz və onlar tərəfindən heç bir anti-sionist şüar ciddi və həqiqi sayılmayacaq.

Ötən illərdə cihadın ağır yükünü çiyinlərinə götürən islami müqavimət təşkilatları bu gün də böyük təkliflərlə üz-üzədirlər. Onların təşkilatlanmış müqaviməti Fələstin xalqını bu yekun məqsədə tərəf apara biləcək fəal qoldur. Ev və ölkələri işğal olunmuş xalq tərəfindən şücaətli müqavimət bütün beynəlxalq meyarlarda rəsmən tanınıb və alqışlanıbdır. Sionizmdən asılı media və siyasi şəbəkə tərəfindən terrorizmin tənqid olunması puç və əsassız sözdür. Açıq-aşkar terrorist sionist rejim və onun qərb hamiləridir. Fələstin müqaviməti terrorçulara qarşı hərəkət və müqəddəs və insani hərəkətdir.

Bu arada qərb ölkələri də səhnəyə həqiqi baxışla diqqət yetirsələr yaxşı olar. Qərb bu gün iki yol ayrıcındadır. Ya öz uzunmüddətli zorakılığından əl çəkməli və Fələstin xalqının hüququnu tanımalı və bundan artıq zorakı və anti-bəşər sionistlərin yol xəritəsinin ardınca getməməli yada ki, uzaq olmayan gələcəkdə daha güclü zərbələri gözləməlidir. Bu iflic vəziyyətinə salacaq zərbələr yalnız islam məntəqələrində qulaqlarında sırğa olan nökərlərin hökumətlərinin ardıcı olaraq süqutu deyil, Avropa və Amerika xalqlarının öz iqtisadi, ictimai və əxlaqi problemlərinin çoxunun beynəlxalq sionizm qaniçəninin onların dövlətlərinə nəzarəti ilə baş verdiyini və öz hökumət rəsmilərinin şəxsi və yaxud partiya mənafeyinə görə ABŞ və Avropada sionist sifət zorakılar qarşısında təslim və müti olduqlarını anladıqları gün bu hökumətlər üçün elə bir cəhənnəm yaranacaq ki, ondan heç bir xilas yolunu düşünmək mümkün deyil.

ABŞ prezidenti deyir ki, İsrailin təhlükəsizliyi onun qırmızı xəttidir. Bu qırmızı xətti hansı amil çəkib? Görəsən bu qırmızı xətt Amerika xalqının mənafeyi yoxsa Obamanın pula və 2-ci prezident dövr seçkilərində qələbə qazanmaq üçün sionist şirkətlərin dəstəyinə şəxsi ehtiyacına görədir? Nə vaxta qədər siz öz xalqınızı aldada biləcəksiniz? ABŞ xalqı iqtidarda daha artıq qalmaq üçün sionist ağalarınızın zoru qarşısında zillət və ardıcıllıqla razılaşdığınız və xalqın mənafeyinə uyğun məsələləri onların ayaqların qurban etdiyinizi düzgün şəkildə anladıqları zaman sizinlə nə edəcək?

Əziz iştirakçılar, qardaş və bacılar! Bilin ki, Obama və onun kimilərin bu qırmızı xətti ayağa qalxmış müsəlman xalqların əli ilə pozulacaq. Sionist rejimi təhdid edən məsələ İran və yaxud müqavimət qruplarının raketləri deyil ki, ayrı-ayrı yerlərdə raket sipəri yaradırlar. Həqiqi və əlacsız təhdid islam ölkələrində ciddi iradəsi olan kişi, qadın və gənclərindir ki, artıq Amerika, Avropa və onların iqtidara gətirdikləri hökumətləri istəmirlər və onları təhqir edirlər.

Əlbəttə düşmən tərəfindən hər zaman təhdid baş verərsə raketlər öz vəzifəsini yerinə yetirəcək.

فاصبر ان وعد الله حق ولا یستخفنّک الذین لا یوقنون .
والسلام علیکم و رحمة‌ الله

8 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta