17.11.2012
super weirdi
30, Sumgayit, Azerbejdžan

Biri vardı, biri yox........

Olan olub keçən keçib bəlkə də

İndi daha kövrəlməyin yeri yox.

Ömrüm boyu belə gəlib mənimki

Evvəlindən biri vardı, biri yox...

Uzaqdaydı mən istəyən ocaqlar,

Ürəyimdən gəlib keçdi sazaqlar.

Atalıydı analıydı uşaqlar

Bizim evdə biri vardı, biri yox ...

Gözlərimə doldurmasam yağışı

Bir köynəkdə çıxarmasam mən qışı

Şalvar pencək geyinirdi tay-tuşum

Məndə isə biri vardı, biri yox....

Qəlbim yandı ilk sevgimdən, eşqimdən

Dara düşdüm əl ummadım heç kimdən.

Məclislərdə “can” deyib, “can” eşidən

Dostlarımın biri vardı, biri yox...

Üzüm güldü tələbəyəm deyəndə,

Sıxılırdım dost pencəyi geyəndə

Müəllimlə dil tapa bilməyəndə

Qiymətimin biri vardı, biri yox...

Mən orduya nələr görüb getmişdim,

Ürək alıb, ürək verib getmişdim,

İki qıza könül verib getmişdim

Qayıdanda biri vardı, biri yox...

Uzaq gəzdi əmi, dayı, bibilər,

Söz arası mənə evlən dedilər

Nişan üçün iki şey istədilər

Məndə isə biri vardı, biri yox....

Vaxt gələcək bu günü görəcəksən,

Çox suala gözünü döyəcəksən,

Vaxt gələcək sən özün deyəceksən

Deyəcəksən, biri vardı, biri yox........

36 pregleda
 
Komentari
canan 29.11.2013

super serdi
:D

brano brano 29.11.2013

twk

Blog
Blogovi se ažuriraju svaka 5 minuta