YALVAR GÖZƏL ALLAHA
30, Yasamal, Azerbejdžan

YALVAR GÖZƏL ALLAHA!

Gözünü aç yuxudan!
Yalvar gözəl Allaha!
Heç ayrılma yolundan!
Yalvar gözəl Allaha!

Ona buna darılma!
Bu faniyə sarılma!
Haqq yolundan ayrılma!
Yalvar gözəl Allaha!

Namazını qılaraq,
Orucunu tutaraq,
Zəkatını verərək,
Yalvar gözəl Allaha!

Sağlığı qənimət bil!
Hər saatı nemət bil!
Yalvarmağı izzət bil!
Yalvar gözəl Allaha!

0 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta