QOY HAMIYA ÇATSIN
30, Yasamal, Azerbejdžan

Qoy hamıya çatsın indi dediyim sözlərim

Şərqdən qərbə kimi uçsun parçalasın

Canlara dəyən oğlanlara çatsın kəlamım

Sizlərə həsr olunur söhbətim

İndi kimsə uzağda kimsə yanımda

Kimsə içərdə yatır qeyrət üstündə

Ürəyinizi sıxmayın bu bir həyatdır

Qapalı olsazda qəlbiniz azaddır

Nə çox namus satılıb indiyənə kimi

Qram qızıla görə 1kilo meyvə kimi

Həyat tez çəkir imtahana bizi

Zaman tələbkar müəllimdi incidir bizi

Kimsə diz üstə qiymət alır ara bir

Yaxın adam murdar çıxır gözündən yaş axır

Sənki sınmırsan sanki sipərsən

Dartınırsan qalxırsan sonra

Davam edirsən haqq haqq batili batil

Görməyə çalışırsan çəkinmə

Əlimnən tut gəl gedək mənimlə

Bizlər indi azlıq təşkil edir ərinmə

Hansılar satmır satılmır

Diz üstə çökmür sınmır

Vətənin adını batırmır

Eləsi var eləsi bizik nədi azıq

Eybi yox gün gələr inşallah çoxalarıq

Nə qədərki varıq

Düzünü deyib haqq qazanarıq yadda qalarıq

Adam tanıyıram görsəki ağlıyıram

Gözlərimi bərk bağlıyıram

Gücnən saxlıyıram özümü

Deyər mənə öz təsəlli sözünü

Səhərə kimi qırpmaz gözünü

Düzünü deyim belə adlar indi azdı ətrafımızda

Bəlkədə heç qalmayıb

Qalsada ancaq yaddaşımızda

Həmişə mənim yanımda olan adlardan biri

Sizdən yaxşı olmasın dostum YURİ

Adam tanıyıram bilsəki yenə zibilə düşdüm

Soruşmayacaqki necə oldu və kimnən düşdün

Gecə saat 3 dü və ya 4 dü hardasa

Mənə cəmi bir sual verər hardasan gəlirəm

Gələcək bilirəm bu yerdə şübhələri silirəm

Çünki əsl dostumu gözdüyürəm

Deyirəm biləsiz belə insanlar hələ var

Onlardan biri dostum ANAR

Adam tanıyıram eşitsəki şayələr gəzir

Mənim haqqimda çoxlu pis söhbətlər gəzir

Aldanmaz deyilən hər sözə

İnanmaz qabağına çıxan hər üzə

Birliyimizə zərər vurmağ istiyənlər

İndiki zəmanədə dost yoxdu deyənlər

Bilin oxuduğunuz hər sözümə şərik

Həmişə yanımda olan dostum əzizim ALİK

1 pregleda
 
Komentari
jale--85 28.05.2011

qoy Allah seni ve dostlarini qorusun

kingleon kingleon 28.05.2011

çox sağol ay nənə duaların sənin özünüdə qorusun

Blog
Blogovi se ažuriraju svaka 5 minuta