24.10.2011
BEZMİŞƏM
30, Yasamal, Azerbejdžan

Hər günüm eyni marağsız vaxt keçir

Tanıdığım insan salamsız düz keçir

Bezmişəm hər şeydən həyat gəlir mənə dar

Şükürlər olsunki yaxşıki qız var

Qız məni dinləyir dərdimə şərik olur

Mənsiz darıxır gül tək solur

Hər gün bir yerdə hər yerdə bir yerdə

Bütün kədərli anlar sanki qaldı geridə

Məni çox sevir birdəki mənə çox inanır

Peşmansan başqa qıza baxasan qısqanır

Bir dəfə iki dəfə axırda qırğın

Qızla elə vuruşur gücüm çatmır ayırım

Get gedə bu qızla maraqsız vaxt keçir

Sabahsı gün yanımnan başqasıyla keçir

Bezmişəm qızdan sevgi gəlir mənə dar

Şükürlər olsun yaxşıki dost var

Dostumu heç kimə dəyişmərəm

Dostum ağlasa ağlayar gülsə gülərəm

Hər zaman bir yerdə hər yerdə bir yerdə

Hər şey ortada aramızda yox pərdə

Pul məndə dost məndə əylənirik

Bir birimizə inanır güvənirik

Bir gün dostum çağırdı məni davaya

Dava nə dava dağıldı kim haraya

Birdə ayıldım xəstəxanada ki

Tanıyan tanımıyan ətrafımda

Qohumlar ağlayır həkimdə başda

Hər kəs var idi bir dostumnan başqa

Bir gün iki gün beləliklə vaxt keçir

Dostuva görə yatasan amma o heç gəlmir

Dost mənim cibimdi cibim gəlir mənə dar

Şükürlər olsun yaxşıki ailəm var

Ata və ana dilimdə ilk söz

Hər atdığım addımda arxamda dörd göz

Hər zaman qayğı ilə hər zaman qulluğ

Onlar ata analıq edib mən oğulluğ

Bilsəmki düşsəm hər hansı bir zibilə

Dalımca gələn varsa birinci onlardı

Qızı mən atsam dost məni atsada

Bilirəm 100% mənə qalan onlardı

Get gedə görürəm suallar çoxalır

Can sözü azalır sərt söz qalır

Bu kimdi o kimdi niyə evə gec gəldin

Evlənmək vaxtıdı gıl tapaq sənə gəlin

Ay ana bəsdir əl çək ay ata

Başqasının nümunəsi çətin mənə çata

Get gedə görrəm ailə gəlir mənə dar

Şükürlər olsun yaxşıki dam var

Hər şeyi fikirləşib götür qoy edib

Ağlımda bir şey intihar edib

Məhləmizdə olan 16 mərtəbəyə

Çıxıram səbirsiz mərtəbə mərtəbə

Qapını açıb çıxıram böyük dama

Baxıram aşağı başım az qala fırlana

Gözümün qabağında həyatımın hər anı

Pişiyin yeddi olsada insanın var bir canı

Bütün şəhər sanki ayağımı altında

Bilirəm bu şəhərin üstündə altında

Üç qullam tüstü bir dəyqə sükut

Və damnan özümü atdım

Hər bir təzə şey nə vatsa köhnəlir

Hər şeydə çətini öyrəşənə kimi

Bəzən sevinib bəzən kövrəlir

İnsan bezir həyatdan ölənə kimi

4 pregleda
 
Komentari

Još nema komentara.
Ostavi komentar, započni diskusiju!

Blog
Blogovi se ažuriraju svaka 5 minuta