Ditar


kingleon
30, Yasamal, Azerbaidzhan

Pisini tanıyaraq yaxşısınıda bil

Hamı bilir var dəvədən böyük fil
Özünü yüksək tutan elə bilir hamı zibil yox
Özün ac sevgidən tox
Tapdıq tapacayığ canlı istirab
Heç nədən qorxmayan qıvrılan əzab
Gümüş rəngli qara niyyət niyə
Üstü qırmızı pərdəylə örtülmüş xəyanət
Göz yqşını tökmə dama dama göl olar
Tikən evi sökmə sökülmüşləridə var
Özünü oxşatma sən iblis ilə tanrıya
Bax sənə göz vurur hər səni tanıyan
Şirin dadlı istklərlə vermisənki tam
Buda haqqın yalana çevrildiyi məqam
Zərif məxluq görkəmində təzahür edən şər
Sümükləri silkələdən şər, anti-bəşər
Qorxan gözə çöp düşər gözümdə çöp çox
Suallara cavab ver! Ya hə de ya yox
Olmasın qismət kiməsə belə həyat
11 günnən biri mənalı olur oda narahat


kingleon
30, Yasamal, Azerbaidzhan

Hörmətli hakim mənə toxunmayın

Yaşıyım dörd divar arsında
Həyat daha sakit dahada mülayim
Zindan qapıları arxasında
Br dostum var idi (...) çıxdı oda
Yaşadım dörd divar arasında
Hər kəs tanıyır yerimi burda
Zindan qapıları arxasında
Avara keçibdi mənim uşaqlığım
Atam anamda əlimnən zara gəlib
Sənə uzun ömür can sağlığı
Mənim həyatımsa qara gəlib
Hörmətli hakim mənə toxunmayın
Yaşıyım dörd divar arasında
Həyat daha sakit dahada mülayim
Zindan qapıları arxasında


kingleon
30, Yasamal, Azerbaidzhan

Ey cibi dolular, ürəyi boşlar,

Ey sərvət dəlisi, köhnə naxoşlar,
Ey qeyrət damarı kəsik gədalar,
Peysəri qatbaqat iddialılar,
Görən, olacaqmı sümürdüyünüz
Bu millət qanından doyan gününüz?

İp həmən o ipdir, halqa o halqa
Köhnə yolunuzla getdiniz yenə.
Qismətə şükr edən bu yazıq xalqa
Ümid yedirtdiniz çörək yerinə.
Sizin bir haqqınız, xalqın min haqqı,
Yoncanı gözlədik, bitmədi yazda.

Sizin yediyiniz millətin haqqı,
İlişib qalmadı boğazınızda.
Yeyin tısqırınca, yeyin ölüncə,
Bu millət əriyib çöpə dönüncə.

Ümid yeyə-yeyə hələ gözləyir,
Bu millət götürür hər cür zilləti.
Hələ ki, dinməzcə o, ümid yeyir,
Siz də bala-bala yeyin milləti.

Millətin qanıdır sərvətin, varın,
Siz öz kefinizdə, məmləkət darda.
Gecələr…


kingleon
30, Yasamal, Azerbaidzhan

Bu sözləri anlamağa başlayanda

Yadına düşməyəcək necə balaca idin
Sən 10 aylığşnda ilk addımlarını atanda
Mən sənnən kilometrlərcə uzaqda idim

Gözümün qabağında ötür anlar böyüyürsən
Bu dünyanın sevincisən özüdə böyüyündən
Sən həm ən kiçiyimsən həmdə ən böyüyümsən
Nədir ixtiyarımki çıxım sənin sözündən
Nə qədər çətin olsada gecələr oyanmaq
Çox xoşdur yatarkən başın üstə dayanmaq
Bu çox çətin peşədir valideyn statusu
Və bunu olmur sadəcə qazanmaq
Qızım bax ağlama götür bu oyuncağı
Bax o qırmızı yada gələ bu ağı
Mama gəlir gəl tez qaçaq gizlənək
Vay vay vay nə günə saldıq biz bu otağı
Sənin hər addımını sənlə bərabər bizdə
Atırıq dayanırıq əl çalıb alqışlayırıq
İnanılmaz və izah edilmız hisslərdir
Çox xoşbəxtik ki biz bu dünyada yaşayırıq

İnsanlar sevir qaçmağı olduğu…


kingleon
30, Yasamal, Azerbaidzhan

Növbəti rep giriş qapilarini sülüş

Sözlərim çoxdu dilimdə bişmiş

Elə bir dərviş elləri gəzmiş

Mənim sözüm keçmir saziş

Nə qədər xanlığ nə qədər sağlığ

Yerlibazdığ yeri qazdığ repi yazdiğ

Xaricdə bizimkilər olublar peyda

Eməni adını alıblar qeyda

Bunlar bol boldur

Dolu dolu doludur

Süz doldur doldur doldur azdır

Bakılı Naxçıvanlı yeraz və qırazdı

Sırası böyükdü çoxsu yerlibazdır

Bakı kəndinə gəlir gündə bir toxum

Hamısı qohum gündə bir doğum

Müqavilələr toyda və soyda

Tayfa çoxalıb olurlar boyda

Deyirlər Robert Köçəryan Qarabağlıdır

Onda elə çıxır o AZƏRBAYCANlıdır


Doğulduğum yer,məkan,şəhər ya da kənd

Fərqi yox yerlipərəstliyi elə rədd elə

Hər kəsənin doğulduğu yer doğum evi

Hər kəsə ilk dəfə dəyən əl həkim əli

Hə hər kəsə marağlıdır kim haralıdır

İndi çətin bu sualdan…


20.12.2015
kingleon
30, Yasamal, Azerbaidzhan

Həyatımız doludur tərs mütənasiblərlə

Sanıyələr uzun gəlir, ömür qısa hərdən
Hər dəfə açanda, bu tozbasmış mücrünü
Göz yaşlarını saxlaya bilmir o heç cürə
Bu dəfə açanda topladı var gücünü
İki saniyə sonra iki göz yaşı düşdü yerə
Parçalanır ürəyi xatirlandıqca olanlar
Gah soyuq tər gəlir gahda əsir dizləri
Sanki elə indi oldu həmin o anlar
İllər quş kimi uçdu amma itmir izləri
Nə etməli indi nə etsədə artıq gecdir
Yara varki közü qopub düşsədə ağrısı keçmir
Düşünür ki, danışsın kiməsə baxıb şəkillərə
Anlayırki indi ən böyük addım belə heçdir
Bir əlində illərdir içə bilmədiyi iki həb
O birində mücrü içində qəzetlərdən şəkillər
Çıxardır qızın şəklin yapışdırır titrəyən dodaqlarına
Deyir bağışla və donur fəsillər

Ən sevimli yerləri idi…


kingleon
30, Yasamal, Azerbaidzhan

Xeyli əski zamanda

Vardı bir dağ dumanda
Aşağısında balaca kənddi çoxdu orda qalanlar
Biz bu kənddə bezpridel hadisələr görmərik
Təsərrüfat və mal-qaradı məşğuliyyət gündəlik
Sakit əsər külək burda sakit axar zaman
Ən ağır iş tapmaq olar mal-qaralara saman
Səssizliyə baxma çoxdu qəribə hadisələr
Bir gün kəndə Basat adında oğuz igidi gələr
Şir ürəkli bu cavan oğlan həm də əsl pəhləvan
Tacirdi diyar gəzər satar qılınc-qalxan
Nəysə kəndə çatır Bir-iki silah satır
Neçə günlük yol yorğunu yıxılır orda yatır
Səhər kimsə çığırır
Çadırın önünə yıxılır
Basat yuxudan oyanır tez alaçıqdan çıxır
Öyrənir ki, yaxın dağda bir təpəgöz var
Hər səhər bu kənd əhlin ətin eliyir…


24.04.2016
kingleon
30, Yasamal, Azerbaidzhan

Pencəyinin sol cibində hələdə onun şəkli vardı,

Qızıl saçlı qadından ən sonuncu yadigardı.
Noyabr`ın küləkləri rəqs edirdi saçlarıyla
Xoşbəxtliyini uduzmuşdu, döyüşərkən acılarıyla.
O qatar stansiyası,onunla ilk görüş yeri,
O mavi gözləriylə gətirmişdi dənizləri.
Qara palto, dəri əlcəklər, və "Chanel" qoxusu,
İllərin yol yorğunu, gozləri yorğun, yuxusuz.
Solğun asfalt, aramla çırpınır yağış,
Yəqin onun taleyidə gozləri tək qaraymış.
Qadın getməli idi gələn bir sonraki qatarla
Gözləri ilə yalvarırdı aparma
Kişilər ağlamaz gedən qadının arxasınca,
Bir siqaret yandırlb, dərdi gömər ürəyinə.
Tüstüylə qalxar havaya yaşanmış onca illər,
Və xatirələri tüstü ilə birgə sovurar küləklər.
25 il eyni sözdü, bəlkə o gələr bugün
Bütün ağrılara dözdü, bəlkə o gələr bugün,
Həyatın…


kingleon
30, Yasamal, Azerbaidzhan

Hündür Bir Yerdən Uçasan Yuxarı , Sonra Aşağı...

Pıçıldayasan Bu Cümləni...
Sən Varsan Varam , Sən Yoxsan Yoxam...
Necədə Gülməli...
Atasan Bu Dənizə Özünü , Qürura Toxunmadan...
Onsuzda Yox Olmusan , Dahada Yox Olmadan...
Dostlarlada Artıq Getməyəsən Çiyin Çiyinə...
Birdə Həmin Saçların ətrini Dəyişəsən Dəniz İyinə...
Dərin Nəfəs Al...
Hər kəsdən Qisas Al , Ölüm və Həyat Kimi...
Onunla Mən Məkkə və Mədinə , Dəclə və Fərat Kimi...!


kingleon
30, Yasamal, Azerbaidzhan

Mənim adım müsəlman

Terrorist düşüncə dünyam

Mənim adım qara millət

Neftə bulaşmış qullam

Mən isdən evə əliboş gələn atanın intizarı

Mən oğlanların pozduğu qızlarin intihari

Mən şikəst qarabağ əlili polisin altında

Mən rəis neçə çadır var kreslomun altında

Mən üstündə villalar tikilən baş daşları

Mən içkili atadan qorxan uşağın göz yaşları

Mən hər gün basabasda illərlə dayanacaqda

Mən başıboş tələbə deputat oyuncaqlarla

Mən oxunmayan quran mən partladılan məscid

Mən kukla teatri yadaki milli məclis

Məni azad edin bədəndə ruhuma zindanam

Məni azad edin özümə qar.ı son üsyanam

Mən qanı yerdə şəhid mən çoxdan ölmüş canam

Mən Azrbaycanam,…


Ditar
Blogët shkarkohen çdo 5 minuta