SEVGİ  İSTƏYİRƏM.   (Solmaz  Şirin)
40, Baku, Azerbaycan

Əlçatmaz sevginin sorağındayam-

Elə sevginin ki, nakam olmasın,

Hələ qönçə ikən boynunu büküb,

Şaxtada, tufanda erkən solmasın.

Elə sevginin ki, çiçəklərində

Yolların- izlərin tozu qalmasın.

Elə sevginin ki, səmalarında

Qara buludların izi qalmasın.

Sevgi də dünyada qoşa yaranır.

Taledi, xoşbəxti, bədbəxti olur.

O da insan kimi gəzib aranır,

O da çiçək kimi saralır, solur.

Sevgi istəyirəm röya qanadlı,

Kəhkəşan yolu tək uzansın yolu.

Sevgi istəyirəm bağlı- bağatlı,
Sevgi istəyirəm şirin və dolu.

3 views
 
Yorumlar

Henüz hiç yorum yapılmamış.
Yorumunu bırak, tartışmaya başla!

Blog
Bloglar 5 dakikada bir güncelleniyor