Dünya,sənə deyiləsi sözüm var
35, Roseau, Dominikana

Tanrı dərgahına tutdum üzümü
Həqiqət naminə dedim sözümü
Bu eşqin yolunda asdım özümü
Dünya, sənə deyiləsi sözüm var

Suallar icində qalmışam nakar
Bağlı qapıları fələkmi acar?
Mərdlərin önündə durmağı bacar
Dünya,sənə deyiləsi sözüm var

Qəribə yoxluqda yaxşı ki, varsan
Sən mənə arxasan,dövlətsən varsan
Öz aramızdı yaman davakarsan
Dünya,sənə deyiləsi sözüm var

Qonaqtək dünyaya gələndim
Xırdalanıb ələyində ələnddim
Son ümüddə torpağına bələndim
Dünya,sənə deyiləsi sözüm var

Yaşamaq eşqini dadıb,gedirəm
Sevgimi icimdə udub,gedirəm
Bir sözün ucundan tutub,gedirəm
Dünya,sənə deyiləsi sözüm var

Uçalıq verdim ki,ulduza-aya
Ömrün illərini barmaqla saya
Bəndənin sözünü saymırsan saya
Dünya,sənə deyiləsi sözüm var...

Liczba odwiedzin: 7
 
Komentarze

Na razie nie ma żadnych komentarzy.
Dodaj komentarz aby rozpocząć dyskusję!

Blog
Blogi są aktualizowane co 5 minut