Biz bu dünyaya imtahan edilmək üçün göndərilmişik. İmtahanın səbəbi isə hər şey ola bilər.
Bir neçə gün əvvəl 14 ildir ailəli olan bir dostum evlilik təcrübələrindən danışarkən: "Bax - dedi, - mənim nə vaxt həyat yoldaşımla bir problemim olsa, Allaha təvəkkül edir və belə deyirəm: Allahım! Sənin yaratdığın hər şeydə bir hikmət vardır. Hər halda yenə də bir səhv etmiş, yenə də haradasa Səninlə olan münasibətlərimi lazımi səviyyəyə qaldıra və ya lazımi səviyyədə qoruya bilməmişəm. Məndən istədiyini Sənə verə bilmədim. Sən də məni yoldaşımla imtahan edirsən. Nə olar, Allahım! Qəlblərimizi təmizlə, günahlarımızı bağışla!"
İlk baxışda ağıl və məntiqin qəbul etməyəcəyi bir yanaşma…
Günahın növləri
(Məkkədə nazil olmuşdur, 6 ayədir)
1 - (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;
2 - İnsanların ixtiyar sahibinə;
3 - İnsanların tanrısına;
4 - Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-
5 - O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,
6 - (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”
Quranda "din günü" (yəvmu'd-din) anlayışı - biri bir ayədə iki dəfə olmaqla on iki yerdə keçir. Onları aşağıda bir-bir sıraladıq.
Sağdan, soldan eşitdiklərinizi unudun.
Quran "din günü" deyərkən nəyi nəzərdə tutduğunu özünüz görün:
1- "Həmd, Aləmlərin Rəbbinədir. O Rəhman və Rəhmdir. DİN GÜNünün Malikidir." (Fatihə; 2-4)
Hamımızın çox yaxşı bildiyi Fatihə surəsində "Din gününün Maliki" (Maliki yəvmu'd din) ifadəsi "din günündə mülkün yeganə sahibi" deməkdir.
Deməli, bir "din günü" var və bu gündə mülkün yeganə sahibi bir malik/məlik olacaq.
Deməli, bu gün, Yunusun "Hanı bunun ilk sahibi?" ifadəsində keçən "İlk sahib"in ortaya çıxdığı və bütün saxta və yalan mülk (sərvət və iqtidar) sahibliyinin sona çatdığı gündür.
Deməli…
Ruzini verən Allahdır. Onun adlarından biri də Rəzzaqdır. Amma nədənsə əksər hallarda başqa yollara əl atmaqla, ruzinin məhz oradan gələcəyinə inanırıq. Ruzi verən Odursa, bizdən isə sadəcə doğru-dürüst addım, hərəkət kifayətdir. Çünki ruzimiz artıq ana bətnində olarkən yazılmışdır.
Qurani-Kərimdə ruzi və nemət ilə əlaqədar axtarışlar versək, çox sayda müxtəlif ayələrə rast gələrik. Bunlardan bəzilərini qeyd edib, xatırlamaq faydalı olar.
“Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (Zariyat, 58)
“Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!” (Nur, 32).
“Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra…
Hər dövrdə ədalətlə mülk arasında bağ qurulmuş və bu iki anlayış bir-birilə əlaqəli olaraq istifadə edilmişdir.
Belə ki, günümüzdə də ucadan, lap uca kürsülərdən, çox yüksəkdən söylənən bir söz var: "Ədalət mülkün təməlidir."
Başımı qaldıraraq və ayaq barmaqlarımın ucunda yüksəlməyə çalışaraq, bu ifadənin nə mənaya gəldiyini görməyə cəhd edirəm. Hansı ədalətin, hansı mülkün təməli olduğunu uzaqdan da olsa görmək və ya görə bilmək üçün səy göstərirəm.
Ağlımla, fikrimlə, düşüncələrimlə, ümid və xəyallarımla səy göstərərkən yüksəldiyimi hiss edirəm. Yüksəlir, yüksəlir, yüksəlirəm və bu həqiqəti nəhayət ki, görürəm!
Hansı ədalətin, hansı mülkün təməli olduğunu ilk dəfə anlayıram. Gördüyüm bu ədaləti sevdiyim kimi, bu ədalətin nizamladığı mülk…
Bir yolçuyam yol gəlirəm. Mənzilbaşına varmağa çalışıram.
Yola cənnətdən başladım. Yer üzünü səyahətə çıxdım. Cənnətdən gəlib Cənnətə gedirəm. Yüküm əməldir.
Yasaqlar olan cənnətdən yasaqlar olmayan cənnətə gedirəm. Bir ağac qadağasını pozduğum üçün min qadağaları aşmaqla cəzalandırıldım. İndi bütün "ağaclardan" uzaq qaçıram. Bütün yasaqlara o qadağan olunmuş ağaca baxdığım kimi baxır, ona toxunmaqla Cənnətdən çıxarıldığımı xatırlayır, həmən uzaqlaşıram. Yasağa toxunmamağı “kimdən öyrəndin?” sualının cavabını atalarımız verib: “Gözü çıxmış qardaşımdan!”
Adəmin isə gözü çıxmadı, özü çıxdı... Cənnətdən yola çıxıb geri qayıtmağın yolunu tapmaq üçün təvafa başladı. Onun addımının izi ilə mən də gedirəm... Çata biləcəyəmmi, ya qismət...
İtmiş cənnətimi axtarıram. Gedən, tapan, varan... dönüb…
Balaca uwaq hamile qadinin qarnina toxunaraq:
- ne var sizin qarninizda?
Qadin:
- uwaq var, deye cavab verdi.
Uwaq:
...- uwaginizi cox istiyirsiz?
Qadin:
- beli.
Uwaq:
- lap cox?
Qadin:
- elbette.
Uwaq:
- bes onda niye yediz? :))))))))