Səni sevdim çox sadəcə
Səni sevdim gündən-günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni, səni sevdim çox sadəcə!
Mən sadəcə seni sevmək istədim...
Uçurumlardan düşərkən, problemlərdən qaçarkən, çətinliklərdə büdrəyərkən sənin sevginə sığındım... Buna görə də...
Nə olar kədərlə baxma üzümə
Gözlərim qan ağlar sən üzüləndə
Dünyanı versələr sərsəm önünə
Anam gülərsənmi ürəkdən yenə
Dünya,sənə bica
düşdüm,bilmirəm ,
Hansı tənə necə düşdüm,bilmirəmGündüz düşdüm,gecə
düşdüm,bilmirəm ,
Sevda adlı kor həvəsdə
bulundum,
Bir damlaydım,dar qəfəsdə
bulundum.
*
Dörd ay keçdi,can
verildi,duruxdu m,
Altı ayda acı çəkdim,karıxdım ,
Doqquz ayda vaxtım
çatdı,darıxdım,
Çölə çıxdım,heyrətim dən
bağırdım,
Heç bilmədim anam
kimdi,çağırdım.
*
Üç yaşımda bağladılar belimdən,
Yıxılırdım,anam tutdu əlimdən,
Nə danışdım bal töküldü dilimdən,
Çırtma vurub əl çalana oynadım,
Həm doğruya,həm yalana
oynadım.
*
Yeddi yaşda qandım,dərsə
başladım,
Hikmət ilə boğazımı yaşladım,
Doğru nədir,barmağımı
tuşladım,
Naxış naxış zinət vurdum ağlıma,
Kəlamlardan saray qurdum
ağlıma.
*
On beşimdə içərimdən qaynadım,
Anlamadım,nə caldılar oynadım,
Qızılgülü tazə tərkən iynədim,
Xəyalımda qurub şahlıq taxtımı,
Ha gözlədim açan aça baxtımı.
*
İyirmidə sevda mənə…
..bəzən olur ki, sevdiyin insanlar sənin onları nə qədər çox sevdiyinin fərqində olur..və bilirlər ki,nə qədər səhv etsələr də onlara qıya bilməyəcəksən..bilirsən ki,onlar bəzi hərəkətlərini rahatca edir,çünki sənin onları bir gülüşlərinə bağışlayacağından əmindirlər..bilirlər ki,səni nə qədər incitsələr də onlar sənin ən həssas nöqtəndir..və ən pisi odur ki,sən bütün bunların fərqində olursan..səndən istifadə etdiklərini bildiyin halda üstlərindən xətt çəkəcək gücü özündə tapa bilmirsən..və bu səni öldürür..
qıraqdaki dostların tövsiyyələr verməyə başlayır sonra..gözünü açmağa çalışırlar..daha çox incinməyini istəmirlər..və səni bu əziyyətdən xilas olmağın üçün cəsarətləndirirlər..bəzən əsəbləşib qovursan onları..”onsuz da bunların hamısını siz deməsəniz də bilirəm!” demək istəyirsən,amma deyə bilmirsən..acizliyini görmələrindən qorxursan çünki..bu zaman…
Əvvəlcə bir yalan girdi ömrümə,
Qaranlıq bir əzab gəldi günümə
İnandım sevdiyim bagışla məni
Nə etsəm unuda bilmədim səni.
Sandımki uzağa getməklə olar
Ürəyim nifrətlə,kiniyle dolar
Getməklə səhv etdim bağışla məni
Nə etsəm unuda bilmədim səni.
Ordada sevildim heç danışmadıq
Sevginin agrılı yolun aşmadıq
Unutmaq həvəsi burmuşdu məni
Nə etsəm unuda bilmədim səni.
Vaxt keçir beləcə yaddan cıxırdın
Ağlıma gəlirdin yaman sıxırdın
Əsəbdən deyirdim tez unut məni
Nə etsəm unuda bilmədim səni.
Gördüm ki,alınmır qala bilmirəm
Başqası geəsədə səni silmərəm
Unutmaq alınmır,bağışla məni
Nə etsəm unuda bilmədim səni.
1ildi həsrətdim səni görməyə
Bəlkədə onun üçün qala bilmədim
Bilmirəm nə etdin unutdun məni?
Nə etsəm unuda bilmədim səni.
Bilirsən necədə həsrətəm sənə
5 ildə ezablar yaşaddın mənə
Yalana inandım bağışla məni
Nə etsəm unuda bilmədim səni.
Salam əziz sayt əhli =D
Bu gün hamımızın yaxşı tanıdığı saytımızın sevimli şirin " useri olan Sxn-nın ad günüdür :)
Mələyim ilk əvvəl mən təbrik etmək istəyirəm səni :)
İnşallah bu ad günün sənə böyük uğurlar, gözəl xoş günlər gətirər bərabərində :)
Səni səmimi qəlbdən təbrik edirəm ürəəm :)
İnsan həyatında ən qiymətli şey olan can sağlığı arzu edirəm sənə canımm :)
Bol sevincli günlər sənə qismət olsun ənm böyük arzum isə budur, bilirəm ki, Uniyə hazırlaşırsan İnşallah istədiyin yerə daxil olarsan mələyim :) Hamınız AMİN dein görəhh :D AAAMMİİİİİİNNNNN :)