İki, yoldaş var idi. Bir-biri ilə görüşüb tanış olmaqda, danışmaqdadırlar. Təkcə, ürəkləri bir-birini tutmamaqdadır.
Çünki biri həqiqətən inanmış bir könülə sahib, digəri inanmamış bir
ürəyin sahibi. Hər ikisidə bir-birini öz dünyalarına çəkməyə çalışar.
Lakin müvəffəq ola bilməzlər. Kafir, yoldaşı mömini yolundan azdırmaq,
Allah yerinə qadına, pula, şeytana qapdırmaq üçün ona bu sualı verər:",
Ölü torpaq və çürümüş sümük halına gəldikdən sonra təkrar dirilib hesab
verəcəyimizə, cəzaya düçar olacağımıza və ya mükafata qoyulacağımıza
inanırsan?" yoldaşı"Əlbəttə, öz varlığıma inandığım kimi buna da inanıram. "deyir,onu hər sualını soruşduğuna peşman edən bir iman müdafiəsi edirdi.
Nəhayət hər dünyalı kimi bu iki yoldaş da öldülər, mömin cənnətə
çağırıldı. Cənnətli, xoşbəxt yoldaşları ilə qarşılıqlı kreslolar üzərinə
qurulmuş, ölüm qorxusundan xilas olmuşların səadətləri içində söhbət
edirlər.Mömin olan bu cənnətli insanı məst edən bu söhbət əsnasında
birdən birə dünyadakı kafir yoldaşını xatırladı. "Mənim bir yoldaşım
vardı. Bu günlərə inanmazdı. Biz, indi şəksiz şübhəsiz cənnətə
gəldiyimizə görə, görəsən o harada qaldı? "dedi. O anda bir nöqtəyə
diqqətli baxması əmr olundu, baxınca kafir yoldaşını cəhənnəmin tam
ortasında gördü. Cərəyan tərzini ifadələrdən aciz olduğumuz bir tərzdə
o, kafir yoldaşına yaxınlaşdı və ona, "Az qalsın, sən məni də həlak
edəcəkdin, kafir"ona son bir dəfə daha hayıflandı və ayrıldı. "
maraqlıdır. sağolun
Twk.. deymezz))
cox gozel hekayedir bir sozlə superdir
Tewekkurler))