Mən həmişə istəmişdim qızım olsun
Körpə gülüşlərində həyatı tapdığımdandı yəqin
Musiqini dinləyəndə deməyə daim sözüm olsun
Heç olmasa okean sahillərindən olum dərin
Albomun bir parçası , həyatın bir parçası
Səmimiyyətin ən bol olduğu yer mahnı və uşaq baxçası
Bax qulaq asır, yəqin indi yaşlılar da
Kaş ki hər sözüm bir iz qoyaydı yaxşılarda
Gör, bizə neçə göz baxır
Gözlərinsə arxasında sevgilər və hisslər durur
Biz, neçə evin tək damı
Duyğularıma sığına bilmən üçün qəlbim divarlar hörür
Hələdə parlaya bilməyibsə ulduzun
Üzülmə dost bəlkə günəş batmayıb və çökməyib hələ qaranlıq
Quşların azadlığı səma, mənimsə musiqi
Əlini ver uçaq biz əsl sevgilərdən yarandıq.
Yaş üstə yaş gəlir, yönəlib həyatın mənə ciddi baxışları
Hisslərimə də qış gəlir, atacaq baharım yenə ürəyimə daşları
Gözlərimdən, hər sözümnən,bilinir təklikdən üşüdüm artıq
Uşaqlıq ilərinin, əməllərimdən doymadan tərslikdən böyüdüm artıq
Küçədə kiminsə tanımağı əvvəl böyük sevinc idi
İndiysə gözə qədər kepka unudulmuş dalanlarla
Cangüdənlərin məni qorumağı çox gülünc idi
Hər yeni uğurun ardıyca dostlaşırdım yalanlarla
Zarafat etmə çox, deyib gülmə danışma çox
Özünü qabağa atma həyat adlı yarışda çox
Ama dostların və dinləyicilərin bilmədiyi bir şey
Mən böyüdükcə içimdəki uşaq biraz da körpələşir
Mənimçün musiqi deyil xalqın ürəyinə gedən yol
Mən hələdə öz ürəyimə gedən yolda yarıda qalmışam
Hərdən mən bezirəm, hərdən bezib tərk edən olur
Amma ki bugün bu qəlbin ortasında tək qalmışam
Kiməsə səmt olmuşam, çoxuna sərt olmuşam
Cavabsız məktublar və cavabsız zənglərlə
Birazdan böyüyəcəksən, tələs üfür sönməmiş şam
Tortda 23 yazmışam deyəsən dordan böyümüşəm
Yaxın dur, qulağını aç hələki bitməyib sözüm
Yoruldum qolumu aç və özünü qucaqla bərkdən
Denən ki dərddəyəm, yoluna şəffaf yaş atsın gözüm
Mənimlə uçmaq istə gözünü yum qanadlan ürəkdən
Mənimlə doğmasan "Karusel"imə minmisənsə
Həmin "Hekayə"dəki əsgər kimi sevmisənsə
Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!