Uzatsam əllərimi tutarsanmı?
37, Baku, Aserbaidžaan

Uzatsam əllərimi tutarsanmı?

" Sənə bir sevda təqdim etsəm
Ürəyimin ən gözəl yerindən
Elə bir sevda ki, içiləsi
Elə bir sevda ki, özündən gediləsi
İÇƏRSƏNMİ?
ÖZÜNDƏN GEDƏRSƏNMİ?

Sənə sevməyi izah etsəm
Mənə sevməyi izah et desəm
DİNLƏRSƏNMİ?
İZAH EDƏRSƏNMİ?
Qanad taxsam baxışlarıma
Nəğmə yazsam, göz bəbəklərimlə
Göndərsəm gözlərinə
OXUYARSANMI?
CAVABLARSANMI?

Cana canan lazım desəm
ÜRƏYİMƏ SƏN LAZIM!
Sənə məni versəm
Səni səndən istəsəm
MƏNİ ALARSANMİ?
SƏNİ VERƏRSƏNMİ?

Eşq desəm
BİZ DEYƏRSƏNMİ?


Sevirəm desəm
MƏNDƏ SƏNİ DEYƏRSƏNMİ?

Ya sən, ya ölüm desəm
ÖLMƏ DEYƏRSƏNMİ? ?Sənsiz yaşaya bilmərəm desəm
MƏN DƏ DEYƏRSƏNMİ?

İzah etsəm, anla artıq desəm
ANLARSANMI?

Uzatsam ürəyimin əllərini
ÜRƏYİNİN ƏLLƏRİYLƏ TUTA BİLƏRSƏNMİ? "
 

11 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.