Əyninə geyinib gözəllik donu
Bəzənib düzənir gün gündən Bakı
Yoxdur hec bir yerdə bənzəri sonu
Alır gözəlliyi xəzərdən Bakı
Şahin zirvəsitək ucadır uca
Doymaq cətin olur ona baxdıqca
Qəlbləri vəsf edir gözəl olduqca
Rəbbim səni qorusun nəzərdən Bakı
Neçə nəğməkarın həzin mahnısı
Sevgi nişanəsidi bax Qız Qalası
Hər bir vətandaşa qucaq acası
Secilir hər yerdən ölkədən Bakı
Seymurun bitməzdir desə sözləri,
Adınla qəlbinə salıb izləri ,
Elə yaranışdan secibdi səni,
İlahi xüsusi əsərdən Bakı
Комментариев пока нет.
Будь первым - напиши свой комментарий.